Icma.az
close
up
RU
Özünə ikinci cəbhə açan dövlət rus cəmiyyətinin aqressiyası göz qamaşdırır

Özünə ikinci cəbhə açan dövlət rus cəmiyyətinin aqressiyası göz qamaşdırır

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya – Azərbaycan cəbhəsində baş verən yeniliklər (qarşılıqlı tutqular, cinayəti işi açmalar, sərt açıqlamalar) qədər baş verənlərə reaksiyalar da maraqlıdır.

Təbii ki, sosial şəbəkələrin bizə aid seqmentində az qala hər kəs Rusiyanı haqsız, özümüzü haqlı sayır. Müəyyən istisnalar da var.

Rusiya seqmentində isə Rusiya haqlıdır, Azərbaycan haqsızdır.

Üçüncü ölkələrdən söhbətə müdaxil olan və Yutubdakı müvafiq videoların şərh bölümünə qeyd yazanların əksəriyyəti isə bizim tərəfimizdədir.

Bunlar ukraynalılar, gürcülər, moldovalılar, qazaxlar, qırğızlar, özbəklərdir. (Türkmənlər həmişə kimi neytraldır). Onlar əsasən “möhkəm dayanın, əziz qardaşlar” yazırlar.

Videolara şərh yazan rusların aqressiyası göz qamaşdırır: “Yoldaş Stalin”i arzulayır, azərbaycanlıları, eləcə də Rusiyanı “pis günə qoyan digər yadellilər”i Maqadana yolçu etməyi tövsiyə edirlər.
“Təmizləmək, təmizləmək, hamısını təmizləmək” yazanlar var.

Yekaternburqdakı sübh çağı basqınında öldürülənlərin az olmasına təəssüf edənlər var, yazırlar ki, onların çoxunu belə etmək lazım idi.

“Bütün diaspor təşkilatları ləğv edilməlidir, hamısı etnobandadır” yazanlar, miqrantlara basqınların ardının olacağına ümid edənlər var.

Bir videoya 2 gün ərzində 3 minə yaxın şərh yazılır, yüzdə doxsanından qan sızır. Adamların məhkəməsiz öldürülməsinə, İşgəncəyə məruz qalmasına haqq qazandırırlar.

Hələ bunlar rus cəmiyyətinin ziyalı kəsimidir, ən azı sosial şəbəkə istifadəçiləridir, kompüterdə işləməyi, düzgün yazmağı, fikir yürütməyi bacarırlar.

Bir də, görün, ağzını söyüşlə açıb söyüşlə qapadan alkoqliklər, küçə adamları bu məsələfə necə aqressivdirlər.

Hiss olunur ki, keçmiş qırxıqbaşların müasir ardıcıllarını toparayan olsa, daha betər olarlar.
Bu irticaçı adamların içində, yuxarıda dediyimiz kimi, az-az sağlam düşünənlər də var, yazırlar ki, hər şey bahalaşır, güzəran çətinləşir, problem artır, amma hökumət bizə yeni düşmən göstərib və onlarla mübarizə aparmağa təhrik edir.

Bu, problemlər içində olan ölkəni idarə edən nasist rejimlərin ən çox əl atdığı fənddir: ortalığı qarışdırır, xalqın nifrətini başqa bir yerə, hansısa etnik qrupa fokuslayırsan, xalq qızışıb asıb-kəsir, səndən haqq-hesab tələb edən olmur.

Hazırda Rusiyada milyonlarla insan səmimi qəlblə düşünür ki, onların əsas problemi “gəlmə”lər, miqrantlardır, onları ölkədən toplu şəkildə qovsalar, güzəran avtomatik yaxşılaşacaq.

Ötən ilin martından artıq Rusiyada kütlələr öz nəzərlərini Ukrayna savaşı ilə yanaşı, daha bir cəbhəyə yönəldiblər. Bu, miqrantlarla mübarizə cəbhəsidir.

Hətta xüsusi təyinatlı dəstələr ikinci cəbhədə daha mütəşəkkil və effektiv işləyirlər. Ölkənin ən say-seçmə, cantaraq döyüşçüləri məhz arxa cəbhədə, miqrantlara qarşı mübarizə aparır.

Ukraynaya isə əsasən federasiya ərazisindəki etnik azlıqlardan olan kişiləri, xarici muzdluları və çağırışçıları basıblar.

Bunu fərq edənlər, ölkənin əsas probleminin sərhəd ötəsində aparılan və adı “xüsusi əməliyyat” qoyulmuş müharibədə olduğunu deyənlər, yazanlar azdır.

Bəlkə də elələri çox olardı, ancaq insanlar əsl fikirlərini bildirməkdən çəkinirlər. Bu mövzuda istənilən bir yüngülvarı ifadə total təqiblə nəticələnir, adamlar “xarici agent”, “vətən xaini” elan edilirlər.
Ona görə də illərin təcrübəli politoloq-jurnalisti Maksim Şevçenko Rusiya-Azərbaycan mövzusunda danışarkən əsl həqiqəti dilinə gətirməkdən çəkinir, yarımçıq danışır, ruslar belə danışırlara “ne doqovorivayet” deyirlər.

Həqiqət isə ortadadır, sadəcə, ona ikili standartla yanaşmaq lazım deyil.

Bu bir gerçəkdir ki, 24 il əvvəlki cinayətin üstünü açmaq üçün evlərə gözlənilməz basqın edən xüsusi təyinatlılar heç bir ehtiyac olmadan iki nəfəri öldürüb, 3-4-nə ağır xəsarət yetiriblər və kütləvi həbslər aparıb, amansızlıq göstəriblər.

Yekaterinburqda malı-mülkü olan, Rusiya pasportu daşıyan həmin şəxslər prokurorluqdan gələn çağırış vərəqəsi ilə istintaqa gedəcək, ifadələrini verəcəkdilər. Başqa çıxış yolları yox idi.

Belə etmək əvəzinə diaspor təşkilatına müharibə elan etmək, əlbəttə ki, hüquq pozuntusu idi və buna görə “bütün azərbaycanlıların yeganə dövləti” olan Azərbaycan reaksiya verməli idi.

Rusiyanın özü başqa ölkələrdə təqib, həbs, deportasiya olunan həmvətənlərini müdafiə etmirmi? Bu da eləcə.

Təəssüf ki, rus cəmiyyətinin barmağı klaviatura tutan, şərh yazmağı özünə borc bilən kəsimi səlahiyyət həddini aşaraq adam öldürən, məsum insanlara işgəncə verən xüsusi təyinatlılara haqq qazandırır.
Əlbəttə, onlar poqonluların bir rus ailəsinə qarşı belə hərəkət etmələrini dəstəkləməzdilər, qarşı çıxardılar, insan haqlarından danışardılar. Amma basqına məruz qalanlar başqa millətdəndirsə, o zaman döyənlər düz edirlər, onlara bu da azdır – düşüncə budur.

Bu təfəkkürlə hara getmək olar? Heç yerə. Bu hikkə-təkəbbürlə qonşu ölkələrlə dost-mehriban olmaq olarmı? Əsla.

Təəssüf ki, Rusiya elitası köhnə vaxtlardan bəri buraxdığı səhvləri heç vaxt etiraf etməyib, heç vaxt ziyanın yarısından qayıtmayıb. Onun xasiyyəti belədir: bir səhvi buraxır, sonra ard-arda yeni səhvlərə yol verir və özünü haqlı çıxarmağa çalışır.

Aradan illər, bəzən onilliklər keçir, yeni nəsil siyasilər meydana çıxır və onlardan bəziləri etiraf edirlər ki, o zaman sələfləri səhv ediblər. Məzar üstünə gül gətirmələr, üzr istəmələr vaqiəsi olur. Bu isə gecdir, heç kəsə gecikmiş ədalət lazım deyil. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyul 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri