Özünə lüks yaxta sifariş etdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İnter Mayami”nin hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik xüsusi lüks yaxta sifariş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yaxtanın istehsalçısı olan “Sunreef Yachts” şirkəti məlumat yayıb.
Sifarişin dəqiq məbləği açıqlanmasa da, gəminin hazırda Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) gəmiayırma zavodunda inşa edildiyi bildirilir.
Xatırladaq ki, avqustun 31-də Argentina milli komandasındakı karyerasını rəsmən yekunlaşdırdığını elan edən 37 yaşlı ulduz oktyabrın 7-nə keçən gecə milli formada son matçına çıxıb. Beninlə qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Oyunda Otamendi və Niko Pas fərqlənib, Messi isə 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yanaşı, iki məhsuldar ötürmə müəllifi olub.
Məlumat üçün bildirək ki, ABŞ-nin “İnter Mayami” klubuna transfer olunmazdan əvvəl PSJ və “Barselona”da çıxış edən Messi 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb. Dünya futbolunun canlı əfsanəsi, həmçinin 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Oktyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















