Icma.az
close
up
RU
Özünü ADSEA əməkdaşı kimi təqdim edib pul istədi DƏLƏDUZLUQ

Özünü ADSEA əməkdaşı kimi təqdim edib pul istədi DƏLƏDUZLUQ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda şirkət və ofisləri hədəf alan yeni rəqəmsal dələduzluq üsulu peyda olub. Özünü rəsmi qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxslər müxtəlif bəhanələrlə vətəndaşlardan kart hesablarına təcili pul köçürmələrini tələb edirlər.

Modern.az-ın əməkdaşları da analoji dələduzluq və aldadılma cəhdi ilə üz-üzə qalıb.

Belə ki, naməlum şəxs əməkdaşımıza zəng edərək ofisin yerləşdiyi ərazidə kanalizasiya xətlərinin təmir edildiyini iddia edib. O, hazırda mağazada material aldıqlarını bəhanə gətirərək, təcili olaraq kart hesabına 18 manat köçürülməsini istəyib. Əməkdaşımız qarşı tərəfdən hansı şirkət və ya rəsmi qurumu təmsil etdiyini soruşduqda isə şübhəli şəxs "siz pulu atın, sonra deyəcəyik" deyərək birbaşa cavabdan yayınıb.

Məsələni dəqiqləşdirmək üçün redaksiyanın digər bir əməkdaşı həmin nömrə ilə əlaqə saxlayıb. Bu dəfə isə fərqli bəhanə ilə ondan 23 manat tələb olunub və şübhəli suallardan sonra ilk zəng edilən əməkdaşımızın nömrəsi blok siyahısına atılıb. Redaksiya heyətinin verdiyi çağırış və çaşdırıcı suallara qarşı tərəf tələsik, ötəri cavablar verərək diqqəti yayındırmağa çalışıb. Zəng edən şəxsin istifadəsində olan hər iki nömrə "Getcontact" tətbiqi vasitəsilə yoxlanılarkən, digər vətəndaşlar tərəfindən də sistemdə məhz "dələduz" olaraq qeyd edildiyi bəlli olub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə dərhal əlaqə saxlanılıb. Qurumdan Modern.az-a bildirilib ki, bu, tamamilə dələduzluq halıdır və vətəndaşlar qətiyyən belə çağırışlara aldanmamalıdırlar: 

"Belə hallara qətiyyən inanmaq və aldanmaq olmaz. Rəsmi qurumun heç bir əməkdaşı vətəndaşa və ya hər hansı şirkətə zəng edərək fərdi kart hesabına "18 manat pul atın" deyə müraciət etməz. Agentliyin bütün xidmət və təmir işləri daxili nizamnamə və rəsmi dövlət təminatı ilə həyata keçirilir".

Dələduzluq cəhdi edən şəxsin nömrələri və redaksiyamıza təqdim olunan skrinşotlar araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri