Icma.az
close
up
RU
ÖZÜNÜ AXTARAN ADAM Sərdar Cəlaloğlu yazır

ÖZÜNÜ AXTARAN ADAM Sərdar Cəlaloğlu yazır

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

(Əvvəli bu linkdə: ÖZÜNÜ AXTARAN ADAM – Sərdar Cəlaloğlu yazır)

İnsanda tanınmaq hərisliyi var. Xüsusən yaradıcı adam uçun tanınmaq, populyarlaşmaq hava-su kimidir. Gənclərdə isə tanınmaq hərisliyi hətta ifrata varır. Ədəbiyyatda tanınmanın əsas üsulu çap olunmaqdır. Çap texniki və biznes məsələsidir, yaradıcılığa bilavasitə aidiyyəti yoxdur. Amma yaradıcı şəxs çap olunmadan tanınmır, tanınmadıqca yeni əsərlər ortaya çıxara bilmir.

Rasim Qaracanı idarəetmədə varisliyin ədəbiyyata keçməsi narahat edir. Atası tanınan ədəbiyyatçının balası istedadlı olmasa da, tanınan olur. Necə ki, keçmiş kommunist məmurların balaları müstəqil Azərbaycanın məmurlarına çevrilir. Qaracanı ədəbiyyatda tanınmanın irsi olması çox narahat edir.

Nə uçun yenidənqurma bizim cəmiyyətə az şey verdi?! Hər bir fərd özünü yenidən qurmadan heç bir xalq yenidənqurmadan bəhrələnə bilməz. Bizdə də mənəvi yenidənqurma fərdi səviyyədə geniş intişar tapmadığından, yenidənqurmadan bəhrələnmək, yeni azad cəmiyyət yaratmağı bacarmaq bir tərəfə, yenidənqurmanın düşmənlərinə çevrildik. Bunu da M.S.Qorbaçovun simasında həyata keçirməyə cəhd etdik və edirik. Yenidənqurmadan az adam və az sayda xalq faydalana  bildi. İndi onlar bizimlə müqayisədə çox-cox azad və xoşbəxtdirlər. Onların gənc yazarları giley ədəbiyyatı yaratmır, onları bəşəri mövzular özünə cəb edir. Qaraca və onun dostlarının enerjilərinin bir qismi məhz giley ədəbiyyatına israf olundu.

Muharibə həm çoxlu mövzu, həm də çoxlu itki verir. Biz onun mövzularından daha çox, itkilərini alırıq. Azərbaycan Müstəqillik Hərəkatının və Vətən Müharibəsi qələbəsinin hələ də layiqli tərənnümü buna görə yaranmayıb və yaranma növbəsi gözləyir. Bu iki məsələ ədəbiyyatın qapısını döysə də, hələ ki, onu açan olmayıb, o cümlədən alatorançılar da. Zatən adı üstündə, alatoran hələ aydınlıq demək deyil. Alotoran qaranlıqdan aydınlığa və əksinə aydınlıqdan qaranlığa keçiddir. Yəni zülmətdən çıxmaq, aydınlığa çatmamaqdır.

İnsan nə uçun yaşayır? Kimlər ki, özü uçun yasayır, onların həyatı onların ölümü ilə bitir. Kimlər ki, başqaları üçün və ya ideya naminə yaşayır, onlar öldükdən sonra da həyatları davam edir. Yəni insan nə qədər özünü başqalarına həsr edir, bir o qədər uzunömürlü olur.

Qaraca yazır ki, “biz təzəcə yaşamağa başlayanda isə, ömür, əlbəttə, sona yetir”. Düzdür, ömür sona yetir, amma xalq uzun yaşamağa başlayanda həyat davam edir, yəni bu dəfə başqalarında ömür sürməyə başlayırsan. Ona görə, ədəbiyyatçıların çox sevdiyi “ölməz sənətkar” ifadəsi meydana çıxıb.

Qohumluq əlaqələri bir insan üçün nə deməkdir? İki cür qohumluq var: cismani və mənəvi qohumluq. İnsan mənəvi qohumluqla daha nəhəng, daha uzunömürlü və daha böyük olur. Yaradıcı adamlar nə qədər böyuk tarixi səxsiyyətlərlə mənəvi qohum olur, o, bir o qədər oz dövrünün böyuk şəxsiyyətinə çevrilir. Biz daşıdığımız ideyalar qədər böyükük.

Bəs atamız və anamız bizim mənəvi inkişafımızda nə kimi rol oynayır?! Analar gündüz, atalar qaranlıq kimidir. Biz uşaqlıqdan anamızı onun bizə verdiyi südün ağlığında, atamızı onun bizə verdiyi sərt tərbiyənin qaranlığında - sərtliyində, vahiməsində, qeyri-müəyyənliyində görürük. Uşaqlar çox vaxt buna görə anlarına sığınırlar. Ata soyuqluq, ana istlikdir. Ana qucağının hərarəti ata sərtliyinin buzlarını əridərək, ailə yaradır. Ana “gedər gələr”, ata “gedər gəlməz” yol kimidir. Birinə çatmaq sakitlik, digərinə çatmaq  qəhrəmanlıq tələb edir. Biri bizdən quzu, digəri qoç olmağı tələb edir. Seçim isə bizim həyat fəlsəfimizlə, istedad və qabiliyyətimizlə bağlı olur.

Hər bir ovlad valideynlərdə özünəməxsus iz buraxır. Bəzən bu izlər o qədər dərin olur ki, daima qan verir. Bəzən o qədər səthi olur ki, çox asanlıqla silinir və yaddaşın alt qatlarına keçir. Bu da bizim kimi daha çox xatırlamağımıza səbəb olur. Bizdə yalnız valideynlərimiz yox, həm də övladlarımız iz buraxır. Bu izlərin bəzisi sevincdən, bəziləri kədərdən yaranır. Allah ona görə insana iki göz verib ki, biri ilə ağlasın, biri ilə gulsun.

Qaracanın valdeynləri və övladları ilə bağlı düşüncələri də məhz bu məsələrdən xəbər verir. Belə bir fikir var: valideynlər öldükdən sonra ölüm novbəsi ovladlara çatır. Yəni yalnız həyatda yox, ölümdə də varislik var.

Atalar ömürlərində bir dəfə övladlarına aydınlıq kimi görünür, o da onları ağ kəfənə bürüyüb, məzara qoyanda. Bu, əslində, filmin sonu deməkdir. Bundan sonra valideynlər artıq xatirələrdə yaşamağa davam edir, kimi uzun müddət, kimi qısa. Yəni insanların xatirləri insan ömürləri kimidir. Bəzi insan çox, bəzisi az yaşayır. Qaraca atasının ölümündən sonrakı duyğularını “ölümün işığında” kimi ifadə edib. Böyük ədəbi tapıntı və bir o qədər də dərin fəlsəfi mənadır. Ölüm yalnız yeni həyata yer hazırlamır, həm də öz işığı ilə yaşayanlara yol göstərir. Ona görə, belə məşhur aforizm meydana çıxır: ölülər dirilərin müəllimləridir.

Bir dəfə Amerikada yeni sənətlər muzeyində 12 metr uzunluğunda, iki metr enində, gözəl çərçivəyə salınmış bir kətan gördüm. Bu muzeyin ən qiymətli eksponatlarından idi. Kətana diqqətlə baxdım. Düşündüm, yəqin rəssam kətanda elə əsər yaradıb ki, ilk baxışdan görə bilmirəsən. Azı yarım saat baxdım, gay sağdan, gah soldan, gah yaxından, gah uzaqdan, heç nə görmədim. Özümü saxlaya bilməyib, “əsər bunun harasındadır” deyə soruşdum. Dedilər ki, elə bu kətan parçası əsərin özüdür. Rəssamın ideyası bundan ibarətdir ki, əslində, bütün təsvirlər kətan üzərində olduğundan, ağ kətan parçası milyonlarla əsərin əsasını təşkil edir və bu kətanın qarşısında durub, sən istədiyin mənzərəni onda təsəvvür edə bilərsən.Bu, mənə çox düşündürücü gəldi.

Sükut butun səslərin, ağ işıq butun rənglərin məcmusu olduğu kimi, yazılmamış ağ vərəq bütün şah əsərlərin məcmusundan ibarətdir. Yaradıcı ağ vərəqi qaralamağa başlayan andan ayrıca bir əsər meydana çıxmağa başlayır. Buna görə, Qaraca “ən təmiz arzularla yaşar, masamda ağ vərəqlər”, -deyir.

Vərəqdə iz qoymaq hələ ədəbiyyatda, hətta tarixdə iz qoymaq demək deyil. Amma bəzən ədəbiyyatda və tarixdəki izlər ağ vərəqə salınan izdən asılı olur. Baxır, o izi kim və necə salır. Öz dövrü ilə məhdudlaşan kiməsə “böyük adam” demək olmaz. Böyük adamlar böyük tarixi dövrlər uçun yazıb-yaradır. Qaraca çox pessimisdir. “Çalış gələcəyi burax” deyir, halbuki gələcəyi buraxmaq, dünənin unudulmasını tələb edir. İndi isə dünənlə bu günün kəsişdiyi nöqtədir. Keçmişin və gələcəyin yoxdursa, indin də yoxdur.

Qaraca insan varlığına da pessimist yanaşır, o qədər ki, hətta onu “üzərinə dəri çəkilmiş bir yığın ət və sümük” kimi təsəvvür edir. Buna uyğun fikirləri vaxtilə Freyd də deyib. Ona görə, insan 60-70 kiloqram ət parçasıdır, ideya verəndə o insan olmağa başlayır və insan nə qədər böyük ideyalara yiyələnirsə, bir o qədər böyük olur.

Maksimalist dəyərləndirmə də ölçüləri kiçildir. Hamıdan qəhrəmanlıq, hamıdan insanlıq, hamıdan dahilik gözləmək olmaz. Əgər bu, mümkün olsaydı, onda həyatda nə qəhrəman, nə insan, nə də dahi olardı. Onların mövcudluğu onların tək-tək olmaları ilə bağlıdır. Ona görə, bəşəriyyəti kütlələr yox, ayrı-ayrı  fərdlər xilas edir. Sonunu düşünən qəhrəman ola bilmədiyi kimi, özündən sonra ona münasibəti düşünən də böyük adam ola bilmir. Buna görə, böyük adamlar böyük tarixi dövrlərdən sonra böyük gorunməyə başlayır. Bu da təbiidir. Dağın zirvəsini onun dibində durmaqla görmək olmür. Bəzi xalqların dahiləri neçə yüzillər sonra tanınır, halbuki öz dovrünün insanları belə bir dahinin mövcudluğundan bixəbər olur.

Söhərət nə qədər yaxşı olsa da, şöhrətə can atmaq bir o qədər pisdir. İnsan öz əməyinin mükafatı haqqında düşünürsə, o, heç vaxt nəhəng yaradıcılıqla məşğul ola bilmir. Qələbə qalibi yuxuya verdiyi kimi, şöhrət də yaradıcı insanları arxivə verir. Belə adamlar canlı meyitlər kimidir. Onlara yalnız keçmişinə görə hörmət edir, bu gününə görə söyür, sabahına görə çıxdaş edirlər. Ona görə, bir şerinin çap olunmasını özünə səadət bilən yazıçı yetkinləşəndə cild-cild kitablarının çap olunması zamanı özünü xoşbəxt hiss edə bilmir. Cünki insan çatmadığı yüksəkliyə zirvə deyir, çatdınsa, artıq o zirvə sənin üçün yox olur.

Uşaqlara nağıl xoş gəldiyi kimi, yaşlılara da xəyallar elə xoş gəlir. Çünki əlçatmazlıq insanın insan kimi yaşamasının yeganə stimuludur. Əlçatan heç nə bizə həyat eşqi vermir. Uşaqlar nağılların ardınca getmir, əksinə, nağılları öz həyatına gətirir, özünü nağılın içində təsəvvür edir. Böyüklər, bunun əksinə, arzularının dalınca gedir və bu zaman şirin arzular açı dadmağa başlayır. Həyat hamıya onun istədiklərini asanlıqla və əvəzsiz vermir. Bəzən isə çox baha qiymətə satır. İstedadlar da arzuların dalınca gedəndə, onun acılığını dadmalı olur. Arzu nə qədər böyük və əlçatmazdırsa, bir o qədər də acıdır.

Qaraca folklorşünaslıq təcrübəsini “nağılların ardınca” kimi ifadə edir. Mən özüm də vaxtilə folklor topladığımdan və folklorla bağlı elmi araşdırma apardığımdan, əslində, folklorun yaşlı insanların uşaqların nağılları dərk etdiyi kimi həyatı dərk etmələrindən meydana çıxdığını özüm üçün müəyyən etmişdim. Buna görə, nağılların ardınca gedən istənilən insan uşağa çevrilir. Uşaq kimi məsum və uşaq kimi sadəlövh olur.

Adamlar yalnız fərqli dillərdə danışdıqlarına görə bir-birini başa düşmür, həm də fərqli hisslər yaşayanda və ya düşünəndə bir-birini anlamır. Sevməyən sevəni anlaya bilməz. Sevməyən sevən kimi nə görür, nə eşidir. Buna görə deyirlər ki, “Leyliyə Məcnunun gözü ilə bax”, yalnız onda Leylinin gözəlliyini görə bilərsən.

Qaraca kimi düşünmədən Qaracanı anlamaq mümkün deyil. Qaraca yaşlı bir adam cilidindəki sadəlövh uşaq olaraq qalır. Çox kövrəkdir və adama elə gəlir ki, onun günü ağlamaqla keçir.

(Ardı var)

Sərdar CƏLALOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pakistan Taliban`ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir

09 Mart 2025 02:24see191

Avokadonun faydalarını iki qat artırmaq istəyirsinizsə, bu qidalarla birlikdə yeyin

09 Mart 2025 04:31see149

ABŞ də Avropanı təsəlli edəcək mümkün liderin adı açıqlandı

09 Mart 2025 02:49see149

Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

09 Mart 2025 08:32see146

Musa Qurbanlının “qırmızı” səhvi…

09 Mart 2025 09:32see145

Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır

10 Mart 2025 05:16see133

Trabzonspor da istefa səsləri

09 Mart 2025 11:01see132

Üç BÜRC üçün mart ilin ən pis ayı olacaq

10 Mart 2025 00:04see132

Qalatasaray səfərdə geridönüş etdi VİDEO

10 Mart 2025 00:55see131

Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb

09 Mart 2025 12:16see130

“Tottenhem” qanalı vingerə 40 milyon verməyə hazırdır

09 Mart 2025 14:00see129

Martın 10 da qaz OLMAYACAQ KONKRET

09 Mart 2025 12:53see127

PKK qurultay keçirib özünü BURAXACAQ KONKRET

09 Mart 2025 16:37see125

Novosibirskdə nadir Chevrolet Caprice satılır

09 Mart 2025 22:43see124

Niyə ruslar yeni avtomobilləri daha az alırlar?

09 Mart 2025 23:05see122

Süni intellekt oruc zamanı qəbizliyin qarşısını almağın ən optimal üsullarını söylədi...

10 Mart 2025 06:24see119

Mark Karni Vaşinqtona xəbərdarlıq etdi

10 Mart 2025 08:27see115

İki idmançımız bu axşam finalda güləşəcəklər FOTO

09 Mart 2025 14:46see111

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

10 Mart 2025 16:06see110

Azərbaycan Basketbol Liqası: Gəncə liderliyini davam etdirib

09 Mart 2025 16:06see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri