Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb
Icma.az, Banco.az saytına istinadən bildirir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün bərpa-quruculuq işləri dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Banco.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, indiyədək dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə təxminən 25 milyard manata yaxın vəsait ayrılıb.
“Konkret olaraq bölgələr üzrə rəqəmləri ayırmaq istəməzdim. Çünki burada həyata keçirilən layihələrin hamısı bir-biri ilə əlaqəlidir. Buna böyük bir meqa layihənin tərkib hissəsi kimi baxmaq lazımdır. Nümunə olaraq, yollar, dəmir yolları və ya iri su anbarları təkcə bir rayon üçün nəzərdə tutulmur. Həmin investisiyalar digər rayonlara da müsbət təsir göstərir”, - E.Hüseynov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 21 May 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















