Icma.az
close
up
RU
Özünü Məleykə Abbaszadənin qohumu kimi təqdim edən şəxsdən xəbər var Həbsdədir

Özünü Məleykə Abbaszadənin qohumu kimi təqdim edən şəxsdən xəbər var Həbsdədir

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Özünü Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin qohumu kimi təqdim edərək külli miqdarda dələduzlquda ittiham olunan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, anasının Məleykə Abbaszadə ilə xalaqızı olduğunu deyirmiş.

Təqsirləndirilən şəxs 1984-cü il təvəllüdlü Xəyal Abdıyevdir.

O, özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Maraqlıdır ki, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş xanıma özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib. Sonra Abdıyev həmin qadınla ailəvi münasibət qurub. Onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, iki qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərini və sair vədlər verərək qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib.

X.Abdıyev daha iki nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını süni şəkildə artıracağına vəd verərək hər birindən 10 min manat alıb.

Aldadıldığını bilən zərərçəkmiş şəxslər taksi sürücüsündən polisə şikayət ediblər və onun barəsində cinayət işi açılaraq həbs edilib. Onlar ifadələrində X.Abdıyevin inandırıcı danışdığını və vədlərinə inandıqlarını deyiblər. X.Abdıyevin daha əvvəl də dələduzluq əməlinə görə məhkum edilməsi üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abdıyevə 7 il həbs cəzası alan Abdıyev hökmdən narazı qalaraq apelyasiya şikayəti verib. Məhkəmə onun şikayətini təmin etməyib. Ali Məhkəməyə də üz tutan Abdıyev burada da nəticə ala bilməyib və cəzası qüvvədə saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 May 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see118

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see117

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see117

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see116

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see115

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see115

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see115

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see114

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb SİYAHI

05 İyul 2025 11:10see113

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see113

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see112

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see112

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see111

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see111

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri