Icma.az
close
up
RU
Qanda natrium səviyyəsinin iynəsiz ölçülməsi üçün yeni texnologiya hazırlanıb

Qanda natrium səviyyəsinin iynəsiz ölçülməsi üçün yeni texnologiya hazırlanıb

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tianjin Universitetinin tədqiqatçıları natrium səviyyələrinin iynə və ya qan nümunəsi olmadan uzunmüddətli və dəqiq monitorinqini mümkün edən yeni qeyri-invaziv texnologiya təqdim ediblər. Tədqiqatçılar terahertz (THz) radiasiyasını və optoakustik (OA) aşkarlamanı birləşdirərək, qandakı natriumun real vaxtda ölçülməsinə imkan verən multispektral terahertz optoakustik sistem inkişaf etdiriblər. SİA “Science Daily” portalına istinadla xəbər verir ki, yeni texnologiya ənənəvi üsulları məhdudlaşdıran əsas problemlərdən biri - terahertz radiasiyasının suda güclü şəkildə udulması çətinliyini effektiv şəkildə aradan qaldırır. Nəticədə, bu metod canlı orqanizmlərdə suyun yaratdığı siqnal müdaxiləsini minimallaşdıraraq natrium ionlarının in vivo aşkarlanmasına imkan verir. Bu yanaşma təkcə qan natrium səviyyələrinin qeyri-invaziv diaqnostikasını deyil, həm də müxtəlif biomolekulların (məsələn, şəkərlər, zülallar və fermentlər) identifikasiyasını təmin etmək potensialına malikdir.

Tədqiqat “Optica Publishing Group”un “Optica” adlı qabaqcıl elmi jurnalında dərc olunub. Burada sistemin siçanlar və insan könüllülər üzərində sınaqları təsvir olunur. Siçanlarda aparılan təcrübələrdə texnologiya 30 dəqiqədən artıq müddət ərzində milli saniyəlik zaman dəqiqliyi ilə natrium səviyyələrindəki dəyişiklikləri ölçə bilib. Ölçmələr dəri səthinin 8°C-ə qədər soyudulması ilə aparılıb ki, bu da sudan gələn fon siqnallarının zəiflədilməsinə kömək edib. İnsan qan nümunələri və sağlam könüllülər üzərində aparılan ilkin sınaqlar da texnologiyanın effektivliyini təsdiqləyib. Sistem natrium səviyyələrindəki fərqləri qeyri-invaziv şəkildə ayırd edə bilib və siqnalın gücünün dərialtı qan axını ilə mütənasib olduğunu nümayiş etdirib. Bu nəticələr sistemin real vaxt monitorinqi üçün praktiki tətbiq potensialını göstərir.

Tədqiqat qrupunun rəhbəri Zhen Tian bildirir ki, texnologiya natrium səviyyələrinin iynə olmadan izlənməsi ilə yanaşı, kritik vəziyyətdə olan xəstələrdə elektrolit balanssızlıqlarının təhlükəsiz şəkildə aradan qaldırılmasına və nevroloji fəsadların qarşısının alınmasına kömək edə bilər. Gələcək tədqiqatlarda tədqiqatçılar soyutmaya ehtiyac olmadan su fon səs-küyünü azaltmağa imkan verən yeni siqnal emal texnologiyalarını araşdırmağı və insan orqanizminin uyğun anatomik bölgələrində – məsələn, ağız boşluğunda tətbiqi imkanlarını genişləndirməyi planlaşdırırlar.

Bu yenilik biotibbi diaqnostikada terahertz texnologiyasının praktik tətbiqi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyul 2025 04:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri