Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Qərbi Azərbaycan toponimləri Görünməz İŞĞAL

Qərbi Azərbaycan toponimləri Görünməz İŞĞAL

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Toponimlər – yəni yer adları – xalqın mədəniyyətinin, tarixinin və milli yaddaşının ən mühüm daşıyıcılarından biridir. Toponimlərdə bir millətin yaşayış məskənləri, tarixi hadisələri, coğrafi və dil xüsusiyyətləri əks olunur. Bu səbəbdən, toponimlərin dəyişdirilməsi yalnız sadə ad dəyişikliyi deyil, həm də mədəni və tarixi yaddaşın silinməsi cəhdi kimi qiymətləndirilir.
Ermənilər xarici himayədarlarının köməyilə Cənubi Qafqazda - Qərbi Azərbaycan ərazisində məskunlaşmağa başlayandan sonra tarixən azərbaycanlılara məxsus toponimləri – yer adlarını tədricən dəyişdiriblər.
Bu prosesin əsası İrəvan şəhəri yaxınlığındakı qədim qıpçaq-xristian məbədi olan Üçkilsənin Eçmiədzin adlandırılaraq erməni katalikosluğunun dini mərkəzinə çevrilməsilə qoyulub.
Qərbi Azərbaycan bölgəsi – yəni hazırkı Ermənistan ərazisi – əsrlər boyu azərbaycanlıların yaşadığı coğrafiya olub. XIX əsrdən başlayaraq bu ərazidə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi və sonradan yerli azərbaycanlıların zorla köçürülməsi nəticəsində bölgənin etnik və mədəni tərkibi dəyişdirilib, bu proses tədricən toponimlərə də təsir edib.
Əvvəlcə 1827-ci ildə İrəvan xanlığı rus qoşunları tərəfinən işğal olunub.
1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra on minlərlə erməninin Qərbi Azərbaycana köçürülməsilə bölgənin demoqrafik tərkibi dəyişdirilib. 1828–1830-cu illər arasında təkcə İran və Osmanlı Türkiyəsindən təxminən 130 min erməni Qərbi Azərbaycan ərazisinə gətirilib.
Ermənilər Qərbi Azərbaycan ərazilərində pərakəndə halda yaşamağa başlayandan sonra burada öz dövlətlərini yaratmaq arzusuna düşüblər.

Çar Rusiyası ermənilərin bu arzusunun gerçəkləşməsində onlara böyük dəstək göstərib.
1828-ci ilin yayında Çar Rusiyası işğal olunmuş İrəvan xanlığının ərazisində qondarma “Erməni vilayəti” yaradıb. İrəvan şəhərinin adını isə dəyişib Erivan ediblər.
Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi əvvəlcə Çar Rusiyasının, sonra daşnak Ermənistanının (1918-1920), ardınca Sovet İttifaqının (1920-1991) və nəhayət Ermənistan Respublikasının (1992) rəsmi dövlət siyasətinin tərkib hissəsi olub.

Çar Rusiyasının himayəsilə İran və Türkiyədən köçüb gələn ermənilər Qərbi Azərbaycanın ən yaxşı torpaqlarında yerləşdirilib.
Yeni yurd yerlərində məskunlaşan ermənilər az sonra “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyasına düşüblər. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” təşkilatının yaradılması ilə erməni millətçiləri Cənubi Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başlayıblar. Bu qanlı hadisələr uzun illər boyu davam etdirilib.
Nəhayət 1918-ci ildə ermənilər tarixi Qərbi Azərbaycan ərazisində Ermənistan Respublikası adlı dövlət yaratmağa nazil ola biliblər. Bundan sonra türk mənşəli toponimlərin erməniləşdirmə kampaniyası sürətlənib. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılıb.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra - yəni SSRİ dövründə də Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin erməniləşdirilməsi prosesi davam etdirilib.
Nəticədə yüzlərlə şəhər, rayon, kənd, dağ, çay, göl, dağətəyi və digər coğrafi obyektin adındakı Azərbaycan sözləri silinib və erməniləşdirilib.
1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adı dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə tədbirləri həyata keçirilib.


Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə tədbirləri əsasən, aşağıdakı qaydada həyata keçirilib:

1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Aşağı Türkmənli – “Lusaqyuğ”, Qorçulu – “Mrqaşad”, Sərdarabad – “Hoktember”, Bayandur – “Vağadur”, Şirvancıq – “Lemakert” və s.

2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Armudlu – “Tandzut”, Daşqala – “Karaberd”, Dərəkənd – “Dzoraqyuğ”, Dərəçiçək – “Tsaxkadzor”, Göl – “Liçk”, Güllübulaq – “Vardaxpuyr” və s.

3. Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” və masirləşdirilmə pərdəsi altında dəyişdirilib. Məsələn, Aşağı Necili – “Sayat-Nova”, Çanaxçı – “Sovetakert” və s.

4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilib. Məsələn, Dərabbas – “Darbas”, Dəlilər – “Dalar”, Ələyəz – “Araqats”, Ərəvus – “Arevis”, Gabud – “Kapuyt”, Çırpılı – “Crapi” və s.

Erməniləşdirilmiş toponimlərin məqsədi aşağıdakılardır:
1. Milli kimliyin silinməsib - Tarix boyu Azərbaycan türklərinin yaşadığı ərazilərdə onların izlərinin itirilməsi məqsədi güdülüb

2. Tarixi faktların təhrif edilməsi - Azərbaycanın qədim və orta əsrlərə aid izlərinin erməni tarixşünaslığına uyğunlaşdırılması

3. Geosiyasi iddiaların əsaslandırılması - Toponimləri erməniləşdirməklə bu torpaqların “əvvəldən ermənilərə məxsus olduğu” təsəvvürü yaradılır.

1987-1991-ci illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sonuncu etnik təmizləmə siyasəti həyata keçirilib. Azərbaycanlıların Ermənistandan deportasiyası prosesi 8 avqust 1991-ci ildə Meğri rayonunun Nüvədi kəndinin 357 ailədən ibarət olmaqla 1753 sakininin qovulması ilə tam başa çatdırılıb. Bununla da “türksüz Ermənistan” ideyası gerçəkləşdirilib. Bu hadisə nəticədə Ermənistanın 24 rayonu, 13 şəhəri, 12 qəsəbəsi və 259 kəndindən 300 minə yaxın azərbaycanlı (49,928 ailə) tarixi ata-baba yurdundan qovulub, 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Qərbi Azərbaycan icmasının məlumatına görə, son dövrədək indiki Ermənistanda 717 türk mənşəli inzibati-ərazi vahidinin adı dəyişdirilib. Bu məntəqələrin adları “Ermənistan Respublikası ərazisində indiyədək adları dəyişdirilmiş azərbaycanlılara məxsus inzibati-ərazi vahidlərinin siyahısı”nda öz əksini taplb.
Məsələn, Allahverdi rayonu - “Tumanyan”, Hamamlı - “Spitak”, Zəngibasar - “Masis”, Çəmbərək - “Krasnoselo”, Ağbaba - “Amasiya”, Düzkənd - “Axuryan”, Karvansaray - “İcevan”, Şəmşəddin - “Tauş”, Əştərək - “Aştarak”, Ellər - “Kotayk”, Basarkeçər - “Vardenis”, Kəvər - “Kamo”, Qəmərli - “Artaşat”, Vedi - “Ararat”, Keşişkənd - “Yeğeqnadzor” və s. adlandırılıb.
7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilib. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilib, əvəzində 11 vilayət (marz) yaradılıb: Şirak, Lori, Tavuş, Araqadzon, Kotayk, Geğarkunik, Armavir, Ararat, Vayotsdzor, Sünik, İrəvan.
İndi adları erməniləşdirilən rayonlar bu vilayətlərin tərkibinə daxildir.
Ermənilər toponimlərlə (yer adları) yanaşı, hidronimlərin (çay, göl, bulaq və s.) və oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesini də həyata keçiriblər.
Məsələn, Göyçə gölü “Sevan”, Zəngi çayı “Hrazdan”, Alagöz dağı “Aragats” adlandırılıb.
Qərbi Azərbaycan toponimlərinin erməniləşdirilməsi uzunmüddətli, məqsədli və sistemli bir assimilyasiya siyasətinin tərkib hissəsidir. Bu məsələ təkcə keçmişlə bağlı deyil, həm də gələcəyə yönəlik ciddi nəticələr doğurur. Ona görə də Azərbaycan gəncliyinə bu tarix öyrədilməli, beynəlxalq aləmdə bu mövzu daim gündəmdə saxlanılmalı, tarixi xəritələr, sənədlər və fotoşəkillər vasitəsilə sübutlar yayılmalıdır.
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri