Özünü ticarət mərkəzinin binasından atan şairlə bağlı Açıqlama
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, 1996-cı il təvəllüdlü Həsən Kür müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, gənc şair Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Fevral 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















