Icma.az
close
up
RU
Özünüməşğulluqda verilən əmlak hansı qaydada geri alına bilər?

Özünüməşğulluqda verilən əmlak hansı qaydada geri alına bilər?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Məhkəmənin İnzibati kollegiyasında özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın geri tələb edilməsi ilə bağlı mübahisəyə baxılıb.

Ali Məhkəmədən Lent.az-a verilən xəbərə görə, işin hallarına əsasən, müvafiq inzibati orqan ilə vətəndaş arasında 2024-cü il fevralın 1-də bağlanmış müqaviləyə əsasən, ona “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib.

Lakin 2025-ci il fevralın 19-da aparılmış monitorinq zamanı həmin avadanlıqların satıldığı müəyyən edilib. İnzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb yerinə yetirilmədiyindən inzibati orqan məhkəməyə müraciət edib.

Bakı İnzibati Məhkəməsi inzibati orqanın iddiasını mümkün saymayaraq bildirib ki, əmlakın geri qaytarılması məsələsi məhkəməyə müraciət edilmədən, inzibati orqanın öz səlahiyyətləri çərçivəsində müvafiq inzibati akt qəbul etməsi yolu ilə həll oluna bilər. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlayıb.

İşə kassasiya qaydasında baxan Ali Məhkəmə qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. İlkin mərhələdə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, sonrakı mərhələdə isə həmin akt əsasında inzibati müqavilə bağlanılır.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın, yaxud onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.

Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməli, məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi çıxış etməlidir.

Beləliklə, Ali Məhkəmə özünüməşğulluq proqramı üzrə verilmiş əmlakın geri tələb edilməsi zamanı inzibati prosedurlara riayət olunmasının və inzibati orqanların öz səlahiyyətləri çərçivəsində qərar qəbul etməsinin vacibliyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri