Pakistan Əfqanıstandan ərazisinə sızmağa çalışan 50 silahlını məhv edib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində dörd günlük əməliyyat zamanı Əfqanıstan istiqamətindən 50 döyüşçünün sərhədi keçməsinin qarşısını alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Şöbəsi (ISPR) məlumat yayıb.
Bildirilir ki, 7-9 avqust tarixlərində "Fitna əl-Xavaric" ("Təhrik-i-Taliban Pakistan") qruplaşmasının 47 üzvü, 11 avqust gecəsi isə təmizləmə əməliyyatı zamanı daha üç döyüşçü məhv edilib. Onların silah-sursat və partlayıcı maddələri aşkar olunub.
Pakistan hakimiyyəti bu qruplaşmanı Hindistanla əlaqədə ittiham edir. Rəsmi olaraq "Təhrik-i-Taliban Pakistan" Əfqanıstan "Taliban"ına daxil olmasa da, Pakistan hərəkatı onlara sığınacaq verməkdə günahlandırır. Kabildə isə bu iddialar rədd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















