Icma.az
close
up
RU
Pakistan mənbələri: ABŞ İran müharibəsinin iki üç gün ərzində başa çatması ehtimalı çox azdır

Pakistan mənbələri: ABŞ İran müharibəsinin iki üç gün ərzində başa çatması ehtimalı çox azdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 iyun, AZƏRTAC

Pakistan hökumətindəki mənbələr çərşənbə axşamı “Anadolu” agentliyinə bildiriblər ki, ABŞ və İran arasında müharibəyə son qoymaq üçün yaxın bir neçə gün ərzində razılığa gəlmək mümkün deyil. Bunun əsas səbəbi İsrailin Livanın cənubunda atəşkəsi davamlı olaraq pozması ucbatından davam edən mürəkkəb vəziyyətdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Trampın İranla Yaxın Şərq münaqişəsinə son qoymaq üçün razılığa gəlməyin “iki və ya üç gün” çəkə biləcəyi barədə verdiyi açıqlamaya cavab olaraq deyilib.

“Vəziyyət mürəkkəbdir və İsrailin atəşkəsi fasiləsiz pozması nəzərə alınmaqla həssas bir mərhələyə qədəm qoyub. Bu vəziyyətdə razılaşmanın yaxın günlərdə imzalanması çox az ehtimal olunur”, -deyə vasitəçilik prosesinə yaxın mənbə bildirib.

Mənbələr əlavə ediblər ki, hazırda Pakistanın əsas prioriteti atəşkəsin pozulmasına son qoymaq və iki mübahisəli tərəfi danışıqlar masasına oturtmaqdır.

Əlavə olaraq bildirilib ki, əgər İsrail Livanın cənubundakı hərbi əməliyyatlarını dərhal dayandırarsa və Vaşinqton ilə Tehran birbaşa danışıqları bərpa etmək barədə razılığa gələrsə, tezliklə razılığa gəlmək üçün yüksək şans var, çünki münaqişəli məsələlərin əksəriyyəti artıq həll edilib. “Lakin bu proses iki-üç gün ərzində başa çatdırıla bilməz”, - deyə pakistanlı mənbə əlavə edib.

Mənbələr iddia edirlər ki, müharibə edən iki tərəf ötən ayın sonunda münaqişəyə son qoymaq üçün müvəqqəti razılaşma imzalamaq ərəfəsində olub.

Onların sözlərinə görə, İslamabad Vaşinqtonla sıx diplomatik təmaslarını davam etdirir. Pakistan aprel ayında ABŞ və İran arasında 14 günlük atəşkəs əldə etməklə mərkəzi mövqe tutub, ardınca İslamabadda iki ölkənin yüksək vəzifəli nümayəndə heyətlərinin iştirakı ilə yüksəksəviyyəli danışıqlar baş tutub. Danışıqlar istənilən nəticəni verməsə də, atəşkəs qüvvədədir və hər iki tərəf razılığa gəlmək üçün İslamabad vasitəsilə mesaj mübadiləsi aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri