Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Pakistan Prezidenti olmuş Azərbaycan türkü

Pakistan Prezidenti olmuş Azərbaycan türkü

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ağa Məhəmməd Yəhya xan Qızılbaş

Azərbaycan xalqı bütün dövrlərdə və fərqli məkanlarda ictimai fikir tarixində, hərbdə, eləcə də elm, mədəniyyət və incəsənət sahələrində şərəfli yer tutan şəxsiyyətlər yetişdirib. Onların düşüncələri, həyat və fəaliyyətləri, yaradıcılıqları, eləcə də türk dünyasında qoyduqları izlər zaman-zaman sonrakı nəsillərin yaddaşına hopub. Türk dünyasının maraqlı şəxsiyyətlərindən olan bu insan da onu tanıyanların yaddaşında qalıb. Belə olmasaydı, Pakistanın üçüncü prezidenti, ordunun beşinci Ali Baş Komandanı Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya xan haqqında məlumatlar gəlib bizə çatmazdı. Yəhya xan 1917-ci il fevralın 4-də Pəncab ştatının Çakval qəsəbəsində anadan olub.

Yəhya xanın atası Səadət Əli xan Qızılbaş əslən Peşəvərdən olub, Pəncab əyalətində polis sistemində müxtəlif vəzifələrdə çalışıb. Əyalətin polis rəisi olub, sədaqətlə və vicdanla xidmət etdiyinə görə müxtəlif mükafatlara o cümlədən Britaniya hökuməti tərəfindən "Xan Bahadur" ordeninə layiq görülüb.

Yəhya xan həm orta məktəbi, həm də Pəncab universitetini müvəfəqiyyətlə bitirib. İngilis dili ilə bərabər urdu və Pəncab dillərini də öyrənmişdi. O bilirdi ki, bu regionda yaşayan və karyera qurmaq istəyən hər kəs bu dilləri mənimsəməlidir. Qızılbaşlar nəslində hərbçilər çox olub deyə Yəhya xanı da hərbi sahə özünə çəkirdi. O, 1939-cı ildə Hindistan Hərbi Akademiyasını bitirib, xidmət üçün Britaniya ordusuna müraciət edib, məktuba müsbət cavab alıb, xidmətə başlayıb.

Pakistanın üçüncü Prezidenti Yəhya xan əslən Qarabağın Cavanşir elindəndir. Nadir şahın 1738-ci ildə Qarabağdan bu torpaqlara köçürdüyü Azərbaycan türklərinin nəslindəndir.

Pakistan, Hindistan və Amerika Birləşmiş Ştatlarının nüfuzlu ordenlərinə layiq görülüb. Həyat yoldaşı Fəxra xanım Hindistandakı Qızılbaş türklərindən olub.

Qızılbaşların tarixinə qısa bir nəzər...

Qızılbaşlar XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər. Yəhya xan da 1738-ci ildə Nadir şahla Hindistana gedən xanların nəslindəndir. Qızılbaş sözünün mənası haqqında müxtəlif fikirlər var. Bir rəvayətə görə, Məhəmməd peyğəmbər (s.) Ühüd döyüşündə başından yaralanır, axan qan onun başını qızılı, yəni qırmızı rəngə boyayır və bundan sonra Həzrəti Əli başında qırmızı tac ilə müharibələrdə iştirak edir və qızılbaşlar adı oradan yaranır. Digər bir rəvayətə görə, Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə “qızılbaşlar” deməyə başlayıblar.

Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir görkəm verib ki, bu da öz ifadəsini baş örtüyündə tapıb. Bu qırmızı başlıq 12 imama işarət edən 12 dilimli Heydəri baş örtüyü idi. Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tutublar. Səfəvilər dövlətinin həm də “Qızılbaşlar dövləti” adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı və digər türkdilli tayfaları birləşdirib. Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır. 4 yanvar 2004–cü ildə qəbul edilmiş konstitusiyası ilə qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır.

Britaniya ordusunda xidmət

Yəhya xan 4-cü Piyada qoşun bölməsində zabit kimi İraqda, İtaliyada, Yaxın Şərqdə və Şimalı Afrikada qulluq edib, döyüşlərdə fərqlənib. 1942-ci ilin iyununda həbs olunub və İtaliyada hərbi əsir düşərgəsində saxlanılıb. Yəhya xan Bəluc polkunda piyada qoşun zabiti olub. O, II Dünya müharibəsi dövründə bir müddət Şimalı Afrikada hərbi əsir düşərgəsində də qalıb. 1947-ci ildə Britaniya Hindistanla Pakistanı iki dövlətə böldükdən sonra Yəhya xan Pakistan ordusunda vəzifə tutub. 1951–1952-ci illərdə 105-ci müstəqil briqadanın komandiri kimi Kəşmirdə atəşkəs xəttinə nəzarət edərkən atəşkəsi tez-tez pozan induslara cavab verməyə məcbur olub və Hindistan əsgərlərinə atəş açmaq əmri verib.

Yəhya xan general-mayor rütbəsində 1954–1957-ci illərdə Baş Qərargahın rəisi kimi Pakistan ordusunu təkmilləşdirmək məqsədilə islahatlar aparıb. Pakistan Prezidenti Əyyub xanın böyük hörmətini qazanan Yəhya xan ordunun planlaşdırılması şöbəsinə başçılıq edib. O, 1962-ci ildən 1965-ci ilə qədər həm də piyada qoşun bölməsinin komandanı olub.

“Böyük şlem” əməliyyatı, orduda islahatlar...

Yəhya Xan 1965-ci ildə Hindistan–Pakistan müharibəsi zamanı “Böyük şlem” əməliyyatında 7-ci bölməyə başçılıq edib, göstərdiyi şücaətə görə həmin il ona general-leytenant rütbəsi verilib. Xidmət etdiyi ordunun baş komandanı və Pakistan ordusu baş komandanının müavini təyin edilib. O, 1965-ci ildə Pakistan ordusunu yenidən formalaşdırmağa başlayıb, təşkilati işləri başa çatdırıb. Orduda texniki cəhətdən dəyişikliklər edib, orduda özbaşınalığa, intizamsızlığa, korrupsiyaya son qoyub. O zaman ABŞ Hindistana və Pakistana hərbi yardıma embarqo qoymuşdu. Bu qadağa Hindistan ordusuna təsir etməsə də Pakistan ordusuna öz mənfi təsirini göstərdi. Bundan sonra Pakistan hərbi yardım üçün Çinə müraciət edib onlardan tanklar aldı. 1966-cı ildən ordunu təkmilləşdirdi, yeni texnika ilə təmin etdi.

Hakimiyyət başında

Getdikcə ölkədə vəziyyət gərginləşirdi, qəbilələr arasında hərc-mərcilik səngimək bilmirdi, Qərbi Pakistan əyalətindən olan puştun Şeyx Əbdürrəhman Mühacirin yaratdığı əyalətlərarası etnik rəqabət davam edirdi. Onu heç cür sakitləşdirmək olmurdu. Məhz belə bir vəziyyətdə Pakistan Prezidenti Əyyub xan çıxış yolunu istefa verməkdə görür və 1969-cu il martın 25-də səlahiyyətlərini Ağa Məhəmməd Yəhya xana verir. Martın 31- də rəsmi olaraq o, Pakistan İslam Respublikasının Prezident élan olunur. Yəhya xana varisindən böyük problemlər qalır. Hindistanla sərhəd məsələləri, daxili münaqişələr, son 20 ildə yaranan digər problemlər, bütün bunların həlli o qədər də asan deyildi…

Yəhya xan hakimiyyətə gəldikdən sonra hərbi vəziyyət elan olunur, Əsas qanun-konstitusiya ləğv edilir, Pakistan Milli Assambleyaları və vilayət məclisləri buraxılır.

Hərbi münaqişə Qərbi Pakistan ilə Şərqi Pakistan (Pakistan və Banqladeş vaxtilə bir dövlətin ərazisinə daxil olub) və Hindistan arasında baş verib. Yəhya xanın hakimiyyət illəri onun düşündüyündən də çətin olub.

1970-ci ildə Pakistanın yeni konstitusiyası qəbul olunur. Həmin il ölkənin şərqində Bxola qasırğası baş verir. Bu hadisə son yüzilliyin ən böyük fəlakəti hesab edilir. Fəlakət nəticəsində yarım milyon insan həlak olub. Bu zaman yerli hakimiyyət orqanları mərkəzi hökuməti fəaliyyətsizlikdə ittiham edib. Bundan sonra Şərqdə mərkəzi hakimiyyət əleyhinə çıxışlar baş qaldırıb. İnsanlar Yəhya xanın istefasını tələb ediblər. 1970-ci ilin dekabrında parlament seçkilərində Şərqi Pakistandan olan şeyx Mucibur Rəhmanın rəhbərlik etdiyi «Аvаmi Liq» («Azadlıq liqası») partiyası qalib gəlir. Bu seçkilər ölkəni faktiki olaraq iki yerə parçalayır. Şeyx Mucibur Rəhman Şərqə muxtariyyət verilməsi proqramını irəli sürür. Konstitusiyaya görə, bu partiyaya ölkədə hökumət təşkil etmək hüququ verilirdi. Ancaq Yəhya xan Rəhmanın baş nazir olmasına qarşı çıxıb və Qərbi Pakistanda qalib gələn partiyanın rəhbəri Zülfüqar Əli Bhuttonun baş nazir olmasını istəyib. Yəhya Xan, Zülfüqar Əli Bhutto və Şeyx Mucibur Rəhman arasında aparılan danışıqlar bir nəticə verməyib. 1971-ci il martın 7-də Şeyx Mucibur Rəhman Şərqi Pakistanın azadlığı uğrunda mübarizəyə başladığını elan edib.

Üç ilə yaxın hakimiyyətdə olduğu dövrdə Şərqi Pakistanda benqallar üsyana başlayıb və bu, Hindistanla müharibəyə səbəb olub. Şərqi və Qərbi Pakistan bir-birindən mədəni xüsusiyyətlərinə görə fərqlənib. Ölkənin o vaxtkı paytaxtı Kəraçi Qərbi Pakistanda olduğundan siyasi elitanın böyük hissəsi burada cəmləşib. Qərbi Pakistan hər zaman Şərqi Pakistan üzərində istər siyasi, istərsə də iqtisadi baxımdan dominantlıq edib. Bununla belə əhalinin böyük hissəsi Şərqdə yerləşib. 1974-ildə Şərqin əhalisi 71,3 milyon nəfər olub. Mənbələrin məlumatına görə, Şərqi Pakistanın inkişafına az vəsait ayrılıb. Qərbdə əsasən urdular, Şərqdə isə benqallar yaşayıblar. Qərbi Pakistan Şərqdə də əsas dilin urdu dili olmasını tələb edib. Şərqdə əhalinin böyük hissəsi benqal olduğundan təbii ki, öz dillərində danışıblar.

Banqladeşin müstəqilliyi elan olunsa da...

1971-ci il martın 26-da Qərbi Pakistan istiqamətindən gələn ordu qüvvələrinin başladığı əməliyyatdan sonra müharibə başlanır. Bu əməliyyat tələbələr və Şərqin ordusuna qarşı yönəlmişdi. Səbəb isə təbii ki, onların müstəqillik arzusu olub. Bundan bir gün sonra– martın 27-də ordu zabiti mayor Zaur Rəhman radio ilə şeyx Mucibur Rəhmanın imzaladığı sənədi oxuyur, Banqladeşin müstəqilliyi elan edilir. Amma bu hələ tam müstəqillik deyildi. İlk əvvəl Pakistan ordusu yazın sonlarınadək ölkənin bütün şəhərlərini ələ keçirir. Bununla belə benqallar “Muxti-baxini” (“Azadlıq ordusu”) təşkilatını təsis edərək Qərbin ordularına qarşı partizan müharibəsinə başlayırlar. Ordu benqallara qarşı sərt repressiya xətti tutur. 1971-ci ilin sonuna qədər 300 minə qədər banqladeşli həlak olur, minlərlə tələbə yoxa çıxır. “Avami liq” təşkilatının fəaliyyəti qadağan olunur, Mucibur Rəhman isə həbs edilir. Bununla belə Hindistanın yaxından dəstəyi ilə yeni dövlətin–Banqladeşin yaradıldığı elan olunur. Hindistanın Baş naziri İndira Qandi yeni dövlətin müdafiəsinə qalxır. Hindistan bu məsələdə xüsusi fəallıq göstərir. Banqladeşdən gələn qaçqınlar ölkədə sosial problemləri artırırdı. Hindistan istər iqtisadi, istərsə hərbi baxımdan Banqladeş azadlıq ordusuna yardım göstərir. Bu isə Pakistanın Hindistanla sərhəddə «Çingizxan» adlı hərbi əməliyyat keçirməsinə səbəb olur. Bununla da üçüncü Hindistan–Pakistan müharibəsi başlayır.

ABŞ-ın o vaxtkı prezidenti Riçard Nikson Birləşmiş Ştatların Çinlə yaxınlaşmasında Yəhya xanın böyük xidmətləri olduğunu qeyd edib. Nikson Yəhya xana göndərdiyi məktubda yazırdı: “Sizin şəxsi yardımınız olmasaydı, Birləşmiş Ştatlar və Çin Xalq Respublikası arasında münasibətlərdə dərin dönüş heç vaxt əldə olunmazdı... Sabit dünya istəyənlər, gələcək nəsillər əbədi olaraq sizə borclu qalacaq”.

Yeni dövlət yaranır

16 dekabr 1971-ci ildə Hindistan ordusu və “Muxti-baxini” Qərbi Pakistan ordusu üzərində əhəmiyyətli qələbə çalır. Bu zaman Hindistan ordusu 93 000 pakistanlı əsgəri əsir götürür. Bu, tarixdə İkinci Dünya müharibəsindən sonra ən böyük əsir ordusi hesab olunur. 1971-ci il dekabr ayında Şərqi Pakistan Banqladeş adı ilə yeni dövlətin müstəqilliyini elan edir. Bundan sonra Yəhya xan 1971-ci il dekabrın 20-də istefa verir, onun yerinə Zülfüqar Əli Bhutto keçir. Yeni prezidentin əmri ilə Yəhya xan həbs edilir. Bir müddət həbsxanada qalan Yəhya xan infarkt keçirir və iflic olur, bundan sonra o, əfv edilir və siyasətdən uzaqlaşır.

Yəhya xanın iki övladı olub, Əli Yəhya və Yasəmən Yəhya. Yəhya xan 10 avqust 1980-cı ildə Ravalpindi şəhərində vəfat edib, Pişəvərdə dəfn olunub.

Yəhya xan sabiq prezident və Ali Baş Komandan kimi hörmətlə dəfn olunub. 1980-cı ildə hakimiyyətdə olan Məhəmməd Ziyaülhəqqin rəhbərliyi ilə dəfn komissiyası Yəhya xana ləyaqətli hərbi dəfn mərasimi keçirib, onun Pakistan İslam Respublikası qarşısındakı xidmətləri qeyd olunub.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
İslamabad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri