Pakistan və Türkiyə regional məsələləri müzakirə etdi
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Türkiyənin İslamabaddakı səfiri İrfan Neziroğlu ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı səfir Pakistan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli institusional mexanizmlər çərçivəsində əldə olunan irəliləyiş barədə məlumat verib.
Məhəmməd İshaq Dar Pakistanın Türkiyə ilə əsas prioritet istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməyə sadiq olduğunu bildirib.
O, ikitərəfli gündəliyin inkişaf etdirilməsi məqsədilə Birgə Komissiyanın qarşıdakı iclasına və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasına hazırlıq işlərinin hər iki tərəfin aidiyyəti qurumları arasında sıx koordinasiya edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin regionda inkişaf edən vəziyyət barədə fikir mübadiləsi aparıblar. Pakistan XİN rəhbəri məsələlərin həlli, regionda davamlı sülh, sabitlik və rifahın təmin edilməsi üçün dialoq və diplomatiyanın yeganə real yol olaraq qaldığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 18 Sentyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















