Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Rubio alıb
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Apreldə Pakistanda İran nümayəndə heyəti ilə keçirilən danışıqlar zamanı razılaşmanın əldə olunmasının qarşısını ABŞ dövlət katibi Marko Rubio alıb.
APA-nın məlumatına görə, bu barədə NBC News mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, apreldə ABŞ vitse-prezidenti Cey Di Vens birbaşa danışıqlar aparmaq üçün Pakistana səfər edib. Həmin görüşdə irəliləyişin əldə olunması ehtimalı yüksək qiymətləndirilirdi.
Lakin bir neçə saat davam edən görüş zamanı ABŞ nümayəndə heyətində İran tərəfinin razılaşmanın ilkin şərtlərini dəyişməyə çalışması ilə bağlı şübhələr yaranıb.
Görüşdə fasilə zamanı amerikalı nümayəndələr əlavə göstəriş almaq üçün Marko Rubio ilə əlaqə saxlayıblar. Mənbənin sözlərinə görə, Rubio razılaşmanın olmayacağını bildirib.
NBC News qeyd edib ki, Rubio İran məsələsində “gizli əl” olaraq qalır və bu istiqamətdəki fəaliyyətində "kölgədə" qalmağa üstünlük verir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















