Pakistanla sərhəddə gərginlik: Hindistan ordusu Rusiyadan zenit raketləri alıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistan ordusu və Cammu-Kəşmir bölgəsindəki sərhəd bölmələri Rusiyanın "İqla-S" portativ zenit-raket komplekslərinin (PZRK) yeni partiyasını alıb. Bu, Pakistanla gərginliyin artması fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün edilib.
Oxu.Az "India Today" qəzetinə istinadən xəbər verir ki, silahların təhvil verilməsi 120 PZRK və 400 raketin tədarükü üzrə 30 milyon dollarlıq müqavilə çərçivəsində həyata keçirilib. Bu müqavilə 2023-cü ilin aprelində "Rusiya Silah İxracatı" ("Rostex" dövlət şirkətinə daxil olan hərbi texnika və xidmətlərin ixracı üzrə dövlət vasitəçisi) və Hindistanın Müdafiə Nazirliyi tərəfindən imzalanıb.
İlk partiya (24 atıcı qurğu və 100 raket) artıq bir il əvvəl - 2024-cü ilin aprelində təhvil verilib. Yeni tədarüklərlə yanaşı, Hindistan ordusu sürətləndirilmiş qaydada əlavə 48 atıcı qurğu və təxminən 90 raket alınması üçün tender elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 May 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















