Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Pakistanlı ekspert: Azərbaycan Pakistan Türkiyə ittifaqı Qafqazdan Cənubi Asiyaya yeni nəqliyyat və enerji arxitekturası formalaşdırır MÜSAHİBƏ

Pakistanlı ekspert: Azərbaycan Pakistan Türkiyə ittifaqı Qafqazdan Cənubi Asiyaya yeni nəqliyyat və enerji arxitekturası formalaşdırır MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir zamanda Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm strateji aktor kimi çıxış edir. Regionda baş verən proseslər, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı görülən işlər, eləcə də Şimal–Cənub nəqliyyat dəhlizinin genişlənməsi bu istiqamətdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu kontekstdə Bakı–İslamabad–Ankara üçtərəfli əməkdaşlığının perspektivləri xüsusi diqqət çəkir. Mövzu ilə bağlı pakistanlı geosiyasi analitik Malik Ayub Sumbal AZƏRTAC-a müsahibəsində regionda formalaşan yeni geosiyasi balans və Azərbaycan-Pakistan əlaqələrinin artan rolu barədə fikirlərini bölüşüb.

- Bakıda Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri ilə İranın nəqliyyat naziri arasında keçirilən son görüş Şimal–Cənub nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətindəki irəliləyişi bir daha göstərdi. Sizin fikrinizcə, Azərbaycanın bu dəhlizi geosiyasi konsepsiyadan qlobal bazarlarla Xəzər regionunu birləşdirən real logistika marşrutuna çevirməsində rolu nə qədər əhəmiyyətlidir?

- Azərbaycanın geostrateji mövqeyi Cənubi Qafqazda mərkəzi tranzit dəhlizi kimi onu əsas dayağa çevirir və Avropa, Asiya, Yaxın Şərq arasında əvəzolunmaz körpü rolunu oynamasına imkan verir. Bu rol, sadəcə, nəzəri deyil, həmçinin nəqliyyat infrastrukturunda özünü göstərir. Məsələn, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycanı Türkiyə və oradan da Avropa bazarları ilə birləşdirərək, illik milyonlarla ton yükün çatdırılmasına imkan verir, ənənəvi dəniz marşrutlarına nisbətən tranzit müddətini 15 günədək azaldır. Beləliklə, BTQ yükdaşımaları daha sürətli və səmərəli edir.

Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) dəniz, dəmir və avtomobil yolları şəbəkələrini birləşdirərək Çinlə Mərkəzi Asiyanı Azərbaycanın Ələt və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Avropaya bağlayır. Bu təşəbbüslər əlçatan nəticələr verib: BTQ ilə daşınan yüklərin həcmi son illərdə 50 faizdən çox artıb, milyardlarla dollar dəyərində yüklərin daşınması asanlaşıb və prosesə qlobal investorlar cəlb edilib.

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Azərbaycan Xəzərdən Körfəzə və Hind okeanına mühüm cənub qapısı rolunu oynayır. Son üçtərəfli görüşlər bu dinamikanı nümayiş etdirir: tariflərin uyğunlaşdırılması, rels ölçülərinin yenilənməsi və gömrük prosedurlarının sinxronlaşdırılması barədə razılaşmalar daşımaları sürətləndirir. Azərbaycanın İran sərhədindəki Astara–Rəşt dəmir yolunun və Bakı–Astara avtomagistralının müasirləşdirilməsi bu dəhlizi multimodal arteriyaya çevirir. Bu marşrut Hindistandan Şimali Avropaya tranzitin müddətini 20 günə endirə, Suveyş kanalından keçməklə isə 40 günə qədər azalda bilər və ildə 20–30 milyon ton yükdaşıma potensialına malikdir.

Bundan əlavə, bu dəhlizlər Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uyğunlaşır: Azərbaycan Trans-Xəzər marşrutu vasitəsilə Avrasiyada əlaqələrini gücləndirir. Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi isə Azərbaycanın həm mal, həm də enerji tranziti mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın fəal diplomatiyası, infrastruktura yatırdığı investisiyaları və strateji mövqeyi regional inteqrasiyanın katalizatoru kimi çıxış edir, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarda iqtisadi əməkdaşlığı gücləndirir, Xəzərin resurslarını qlobal bazarlara çıxarır və alternativ marşrutlar yaradır.

- Hindistan Şimal–Cənub dəhlizinə qoşulmağa və ondan faydalanmağa ciddi maraq göstərib, lakin onun siyasi mövqeyi regionda imicinə mənfi təsir göstərib. Sizin fikrinizcə, Hindistanın indiki siyasətinin Xəzər və Cənubi Qafqaz regionları ilə əməkdaşlıq perspektivlərinə hansı təsiri ola bilər?

- Hindistanın Şimal–Cənub dəhlizi vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqazda təsirini genişləndirmək arzusu çox iddialı və iqtisadiyönümlüdür. Onun məqsədi enerji resurslarına çıxış əldə etmək və ticarət marşrutlarında Pakistanı ötüb keçməkdir. Yeni Dehli bu dəhlizin cənub nöqtəsi kimi İranın Çabahar limanına sərmayə qoyub və pilot göndərişlər həyata keçirərək planın mümkün olduğunu göstərib.

Lakin Hindistanın siyasətindəki ziddiyyətlər, xüsusilə Ermənistanın silahlandırılması və daxili islamofobiya narrativləri onun regional etibarlılığını zəiflədir və strateji risklər yaradır.

- Pakistan–Azərbaycan–Türkiyə əməkdaşlığı son dövrlərdə həm strateji, həm də müdafiə sahələrində dərinləşib. Sizcə, bu üçtərəfli tərəfdaşlıq daha strukturlaşdırılmış regional blok kimi inkişaf edə bilərmi?

- Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlığa çevrilib. Bu əməkdaşlıq ortaq mədəni yaxınlıqlar, təhlükəsizlik maraqları və qarşılıqlı tamamlayıcı imkanlar üzərində qurulub, gələcəkdə qarşılıqlı müdafiə paktı, yaxud iqtisadi ittifaq kimi möhkəm regional blok yaratmaq potensialına malikdir.

Son nailiyyətlərə “Üç Qardaş-2021” və “Sonsuz Qardaşlıq” kimi birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq (məsələn, Pakistanın Azərbaycan dronlarını əldə etməsi və Türkiyənin “Bayraktar TB2” variantlarının birgə istehsalı), həmçinin 2023-cü ildə İslamabad Bəyannaməsi ilə başa çatan yüksəksəviyyəli sammitlər daxildir. Bu Bəyannamə terrorizmə qarşı, enerji və nəqliyyat şəbəkələri sahələrində koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Strukturlaşmış blok yaratmaq üçün də real imkanlar mövcuddur: Türkiyənin NATO-ya üzvlüyü texnoloji üstünlük verir, Azərbaycanın enerji ehtiyatları layihələrin maliyyələşməsini təmin edir, Pakistanın geniş insan resursları və nüvə gücü isə əməkdaşlığa strateji dərinlik qatır. Gələcəkdə belə bir blok birgə komanda strukturu, Pakistan–Türkiyə xətti ilə Azərbaycana genişləndirilmiş üstünlük verilmiş ticarət razılaşmaları və Xəzər qazını planlaşdırılan kəmərlərlə Cənubi Asiya bazarlarına birləşdirən inteqrasiya olunmuş enerji şəbəkələrini əhatə edə bilər.

- Nəhayət Azərbaycanın Pakistan və Türkiyə ilə güclü münasibətləri nəzərə alındıqda, bu ittifaq Qafqaz, Mərkəzi Asiya, həmçinin geniş müsəlman dünyasında nəqliyyat şəbəkələri və enerji siyasətinin gələcəyini necə formalaşdıra bilər?

- Azərbaycanın enerji gücü - 7 milyard barel neft və 2,5 trilyon kubmetr qaz ehtiyatları, həmçinin BTC (gündə 1 milyon barrel) və TANAP (Avropaya illik 16 milyard kubmetr) kimi kəmərlərlə həyata keçirilən ixrac ölkənin fəal diplomatiyasının əsasını təşkil edir. Bu güc Pakistan və Türkiyə ilə formalaşmış ittifaq sayəsində daha da artır.

Tarixi bağlara söykənən və 2020-ci il Qarabağ Zəfərindən sonra daha da möhkəmlənən bu üçtərəfli əməkdaşlıq Qafqaz, Mərkəzi Asiya və geniş müsəlman dünyasında şəbəkələşməni, enerji geosiyasətini yenidən formalaşdırmağa, qarşılıqlı asılılığa əsaslanan regional ekosistem yaratmağa hazır görünür.

Logistika sahəsində ittifaq multimodal şəbəkələri genişləndirir: Pakistanın Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihəsinin BTQ ilə inteqrasiyası Bakıdan Quvadara qədər uzanan dəmir yolu bağlantılarını gücləndirir və qeyri-sabit marşrutlardan yan keçərək, Avropa ilə Cənubi Asiya arasında fasiləsiz dəhliz yaradır. Buna paralel olaraq, Rəqəmsal İpək Yolu, fiber-optik xətlər və yaşıl hidrogen üzrə pilot layihələrə birgə investisiyalar regionun davamlı inkişafını stimullaşdırır.

Enerji sahəsində isə Azərbaycan təchizat mərkəzi kimi çıxış edə bilər: Xəzər vasitəsilə təbii qaz marşrutunun Pakistanadək uzadılması, o cümlədən Türkmənistan-Əfqanıstan-Pakistan kəməri İslamabadın mayeləşdirilmiş təbii qaz (LNG) asılılığını azalda və illik 10–15 milyard kubmetr qaz təchizatı imkanı yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15857

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see936

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see246

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see206

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri