Icma.az
close
up
RU
Pakistanlı ekspert: Azərbaycan, Pakistan və Türkiyə üç ölkə, bir ürəkdir

Pakistanlı ekspert: Azərbaycan, Pakistan və Türkiyə üç ölkə, bir ürəkdir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 noyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan, Türkiyə və Pakistan arasındakı dostluq bu gün dünyada ən səmimi və davamlı münasibətlərdən biridir.

Beynəlxalq münasibətlər üzrə tanınmış pakistanlı ekspert Xalid Teymur Əkrəm bu barədə AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu əlaqə rəsmi diplomatiya çərçivəsindən daha da kənarda genişlənir, ortaq mənəvi dəyərlərə, qarşılıqlı hörmətə, tarixi yaxınlığa və oxşar ənənələrə əsaslanır.

Agentliyin həmsöhbəti vurğulayıb: “Çox vaxt “bir millət, iki dövlət” kimi təsvir edilən Azərbaycan və Türkiyə arasındakı münasibətlər ortaq dil, tarix və mədəniyyətlə möhkəmlənən unikal birliyin nümunəsidir. İki ölkənin xalqları bir-birini vahid bir ailə kimi qəbul edir. Pakistan da illərdir Azərbaycan və Türkiyə tərəfdaşlarına sarsılmaz dəstək göstərərək bu qardaşlıq hissini bölüşür”.

Ekspert sözlərinə davam edərək bildirib ki, bu ittifaqın gücü, xüsusən də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək uğrunda mübarizə apardığı illərdə özünü daha aydın şəkildə göstərib. “Ankara və İslamabad həmin vaxt Bakının ədalətli mövqeyini qətiyyətlə dəstəkləyərək beynəlxalq arenada onun qanuni hüquqlarını müdafiə edib. Bu dəstək əsl qardaşlığın təzahürü idi, eyni zamanda, müttəfiqlərinə həmrəylik və prinsipiallığa görə minnətdarlığını bildirən Azərbaycan tərəfindən unudulmayıb”, - deyə o qeyd edib.

Xalid Teymur Əkrəm noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmək üçün Bakıda keçirilən hərbi paradı böyük tarixi və rəmzi əhəmiyyətə malik bir hadisə kimi xarakterizə edib. Tədbir təkcə hərbi bayram deyil, həm də üç qardaş dövlətin birliyinin nümayişi idi. Onun fikrincə, paradda Azərbaycan və Türkiyə prezidentlərinin, eləcə də Pakistanın Baş nazirinin iştirakı ölkələr arasında yaranan qarşılıqlı anlaşma və etimadın dərinliyinin əyani təsdiqidir.

Ekspertin sözlərinə görə, Azadlıq meydanında çiyin-çiyinə dayanan üç liderin görüntüləri təkcə Azərbaycan vətəndaşlarında deyil, həm də beynəlxalq ictimaiyyətdə güclü təəssürat yaradıb: “Həmin an siyasi maraqlara deyil, ortaq dəyərlərə, qarşılıqlı dəstəyə və hörmətə əsaslanan vahid iradə və dostluğun rəmzinə çevrildi. Yan-yana dalğalanan Azərbaycan, Türkiyə və Pakistanın Dövlət bayraqları və onların himnlərinin təntənəli şəkildə səslənməsi üç ölkəni birləşdirən xüsusi mənəvi bağı əks etdirirdi”.

Əkrəm vurğulayıb ki, parad sadəcə hərbi qüdrətin nümayişi deyil, həm də həmrəylik və inamın təntənəsi, ölkəsinə Qələbə gətirənlərə mənəvi güc və minnətdarlığın ifadəsi idi. O qeyd edib ki, Türkiyə və Pakistan müttəfiqlərinin iştirakı Azərbaycan üçün diplomatiyadan kənarda da əhəmiyyət kəsb edir - bu, bir ailə yaxınlığının təzahürüdür. Türkiyə və Pakistan üçün Azərbaycanın Zəfəri öz Qələbəsi kimi qəbul edilir və bu, onların qardaşlığının dərinliyini bir daha nümayiş etdirib.

Ekspertin sözlərinə görə, üç ölkə arasında əlaqələr təhsil və müdafiə sahəsində əməkdaşlıqdan tutmuş ticarət və mədəni mübadilələrə qədər getdikcə artan sahələri əhatə edir. Bu əməkdaşlıq hər il güclənir, sülh, etimad və inkişafa əsaslanan ortaq gələcək üçün möhkəm təməl yaradır.

Xalid Teymur Əkrəm onu da qeyd edib ki, 8 noyabr paradı təkcə hərbi şücaətin rəmzi deyil, həm də birliyin gücünün xatırlatmasıdır. Ekspert əmin olduğunu bildirib ki, Azərbaycan, Türkiyə və Pakistanın nümunəsi dünyaya səmimiyyət və qarşılıqlı dəstəyə əsaslanan ittifaqın nə qədər güclü ola biləcəyini nümayiş etdirir.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan, Pakistan və Türkiyə bir ürək, ortaq bir arzuya sahib üç ölkədir. Onların dostluğu xalqlar arasında əsl qardaşlığın örnəyidir ki, bu da dünyaya sabitlik, güc və gələcəyə ümid gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri