Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir

Pakistanlı ekspert: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün strateji seçimdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Orta Dəhlizin yüksəlişi təkcə növbəti bir infrastruktur layihəsi kimi deyil, qlobal ticarətin yenidən təşkili prosesində baş verən dərin struktur dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun təsisçisi, iqtisadi analitik və politoloq Məhəmməd Asif Nur bildirib.

Onun sözlərinə görə, xüsusilə 2022-ci ildən sonra beynəlxalq mühitdə baş verən hadisələr: Rusiya-Ukrayna müharibəsinin Şimal marşrutlarını məhdudlaşdırması, Qırmızı dənizdə yaranan qeyri-sabitliyin dəniz nəqliyyatının zəif tərəflərini üzə çıxarması, eləcə də qlobal şirkətlərin təchizat zəncirlərinin dayanıqlılığı ilə bağlı yenidən düşünməyə başlaması Orta Dəhlizi alternativ marşrutdan strateji seçimə çevirib.

"Sonuncu Münxen Təhlükəsizlik Konfransında aparılan müzakirələr, eləcə də Tsaxkadzorda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında təşkil olunan “Sülh Körpüsü” dəyirmi masası bu marşrutun artıq daha geniş Avrasiya sabitliyi çərçivəsində nəzərdən keçirildiyini göstərir. Orta Dəhlizin əsas üstünlüyü məhz dayanıqlılıq amilidir. Sanksiyalar, geosiyasi rəqabət və regional münaqişələrin qlobal ticarətə təsir göstərdiyi bir şəraitdə marşrutların şaxələndirilməsi həyati əhəmiyyət daşıyır", - deyə politoloq qeyd edib.

Məhəmməd Asif Nur vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi və Qərbin sanksiyaları səbəbindən Şimal Dəhlizi məhdudiyyətlərlə üzləşdiyi halda, Süveyş kanalı kimi dəniz yolları da Yaxın Şərqdəki gərginliklərə açıq qalır: “Bu fonda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz daha sabit, quru əsaslı alternativ kimi ön plana çıxır. Hazırda Sian–Bakı xətti üzrə tranzit müddəti 11–16 gün təşkil edir. 2026-cı ilin yanvar ayına dair məlumatlara əsasən orta göstərici 16 gün olub və bu, 2025-ci ilin dekabrı ilə müqayisədə irəliləyiş deməkdir. Təkcə 2025-ci il ərzində marşrut üzrə 400-dən artıq blok-qatar hərəkət edib".

Ekspert bildirib ki, bu səmərəlilik dəhlizin multimodal quruluşu ilə bağlıdır. Belə ki, dəmir yolu, bərə və avtomobil nəqliyyatını birləşdirən bu marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Avropa istiqamətini əhatə edir, eyni zamanda Rusiya və İran ərazisindən yan keçməyə imkan yaradır. Yüklərin həcmi sürətlə artıb. 2022–2026-cı illər arasında Qazaxıstan üzərindən daşınan yüklər dörd dəfə artaraq 2025-ci ildə 4,1 milyon tona çatıb ki, bu da illik müqayisədə 63 faiz artım deməkdir.

Məhəmməd Asif Nur qeyd edib ki, Orta Dəhliz beynəlxalq tərəfdaşların da ciddi marağına səbəb olub. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində regiona 12 milyard avro həcmində vəsait ayrılıb ki, bunun 3 milyard avrosu nəqliyyat layihələrinə yönəlib. Asiya İnfrastruktur İnvestisiya Bankı isə Almatı Dəmir Yolu Keçid Xətti layihəsinə 150 milyon dollar kredit ayırıb. Uzunluğu 130 kilometr olan bu elektrikləşdirilmiş xətt tıxacların azaldılmasına və Çin–Qazaxıstan sərhədində 2040-cı ilə qədər 100 milyon tonu ötəcək yüklərin daşınmasına xidmət edəcək.

Ekspertin sözlərinə görə, aparılan araşdırmalar Orta Dəhlizin 2035-ci ilə qədər Avropa–Çin ticarətinin 10–20 faizini cəlb edə biləcəyini göstərir. Dəhliz təkcə ticarət üçün deyil, eyni zamanda Xəzər hövzəsində bərpa olunan enerji və kritik minerallar vasitəsilə enerji şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Bu prosesdə Azərbaycanın rolu mərkəzi mövqedədir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi Azərbaycanın regional bağlantı mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Məhəmməd Asif Nur onu da vurğulayıb ki, Orta Dəhliz artıq təkcə fiziki infrastrukturdan ibarət deyil. Rəqəmsal gömrük harmonizasiyası, süni intellekt əsaslı logistika sistemləri, eləcə də Xəzər–Qara dəniz kabel layihəsi kimi yaşıl və rəqəmsal təşəbbüslər onu müasir ticarət arteriyasına çevirir. Proqnozlara əsasən, konteyner daşımaları 2030-cu ilə qədər 2021-ci illə müqayisədə üç dəfə arta, yük tərkibi isə daha yüksək əlavə dəyərli məhsullara doğru dəyişə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri