Pakistanlı nazir D 8 üzvləri üçün dezinformasiya ilə mübarizədə vahid platformanın yaradılmasını təklif edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan D-8-in tamhüquqlu üzvü olduqdan sonra bu təşkilata verdiyi dəstəyi dəfələrlə nümayiş etdirib. Çünki təşkilatın inkişafı üçün irəli sürülən təşəbbüsləri doğru istiqamətdə həyata keçirmək mühüm əhəmiyyət kəsb edir və artıq bunun üçün vaxt yetişib. Bu prosesdə əməkdaşlıq əsas amillərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar D-8 Media Forumunun açılış mərasimində deyib.
Nazir qeyd edib ki, qlobal informasiya məkanında qeyri-adi transformasiyalar baş verir. Geosiyasi vəziyyətdə yaşanan son hadisələr bu dəyişikliklərə ciddi təsir göstərir. Yeni texnologiyalar ictimai inam və etibarın artırılmasına xidmət etməlidir. Rəqəmsal media ekosistemləri son dövrlərdə xüsusilə önəm qazanıb. Artıq ənənəvi çap mediasından rəqəmsal mediaya keçid sürətlə baş verir və bu sahə dinamik şəkildə inkişaf edir. “Gənc əhalinin maarifləndirilməsi xüsusi önəm daşıyır. Onlara sosial media və rəqəmsal platformalardan düzgün, müsbət və təhlükəsiz şəkildə istifadə yolları izah edilməlidir. Məlumatın səhv təqdim olunması isə ictimai rəyin dəyişməsinə səbəb ola bilər. Buna görə də dövlət qurumlarının informasiya siyasəti ardıcıl və şəffaf olmalı, verilən məlumatlar vaxtında və dəqiq şəkildə əhaliyə çatdırılmalıdır”, -deyə Attaullah Tarar əlavə edib.
Nazir dezinformasiyanın düzgün aşkarlanması üçün insanların maarifləndirilməsinin vacib olduğunu deyib. O vurğulayıb ki, bu baxımdan D-8 forumu çox əhəmiyyətli təşəbbüsdür.
“Təklif edirəm ki, D-8 Təşkilatına üzv dövlətlərin media peşəkarları və media nazirlikləri arasında işçi qrupu yaradılsın. Bu qrup mütəmadi görüşlər keçirərək fikir mübadiləsi aparsın. Həmçinin media mühitində dezinformasiyanın qarşısını almaq məqsədilə D-8 üzv dövlətləri üçün vahid bir platformanın yaradılmasını təklif edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















