Pakistanlı professor BDU nun Biologiya fakültəsində mühazirə deyib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 23 iyun, AZƏRTAC
Pakistanın Quaid-i-Azam Universitetinin tanınmış professoru Muhammad Zafar Bakı Dövlət Universitetinin Biologiya fakültəsində mühazirə oxuyub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, məruzəçi bitki tozcuqları, tozlanma prosesi və onların bioindikator kimi tədqiqi istiqamətində apardığı elmi tədqiqatlar barədə geniş təqdimatla çıxış edib. O, mikroskopik səviyyədə tozcuqlar üzərində aparılan silsilə tədqiqatlardan nümunələr təqdim edərək, bu sahədəki praktiki və nəzəri təcrübəsini bölüşüb.
Alim beynəlxalq elmi bazalarda yüksək reytinqli məqalələrin hazırlanması və nəşri ilə bağlı təcrübəsini də paylaşıb, elmi işlərin keyfiyyətinin artırılması istiqamətində faydalı tövsiyələr verib və iştirakçıların suallarını cavablandırıb.
Görüşdə tərəflər arasında birgə tədqiqat və əməkdaşlıq imkanları da müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















