Icma.az
close
up
RU
Çin Sosial Elmlər Akademiyasından gələn heyət Ədəbiyyat İnstitutunun qonağı olub

Çin Sosial Elmlər Akademiyasından gələn heyət Ədəbiyyat İnstitutunun qonağı olub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çindən gəlmiş alimlərlə görüş keçirilib. Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini, professor Çzin Çje, eyni zamanda Mərkəzi Asiya və Qafqaz Tədqiqatları şöbəsinin müdiri, Zhang Ning, həmin institutun əməkdaşları  Jiang Jing, Lyu Çang və Sun Danmen Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları mərkəzində olublar.

525.az xəbər verir ki, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qonaqlara İnstitutun tarixi, əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Mehman Həsənli çıxışında Azərbaycan və Çin arasındakı yüksək siyasi münasibətlərin olduğunu və bu münasibətlərin elmi əlaqələrin inkişafına da böyük perspektivlər açdığını vurğulayıb. Ədəbiyyat İnstitutunda 2015-ci ildən Çin Tədqiqatları mərkəzinin fəaliyyət göstərdiyini və bu mərkəzdə Çin dilinin tədris edildiyini və qarşılıqlı elmi əlaqələrin dissertasiya və plan işləri miqyasında araşdırıldığını diqqətə çatdırıb. 

Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini, professor Çzin Çje Ədəbiyyat İnstitutunda Çinlə qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsində görülən işlərdən məmnunluğunu bildirib və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. 

Görüşdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova, kordinatoru Nərgiz Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva  və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin digər əməkdaşları da iştirak və çıxış ediblər.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri