Palata sədri: Kadr potensialının gücləndirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlamışıq AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 18 dekabr, AZƏRTAC
Hesablama Palatası fəaliyyətində strateji idarəetmə çərçivəsindən geniş yararlanmağa çalışır. Bu çərçivənin özəyini təşkil edən, Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən Strateji Planında hədəflərdən biri də maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsidir. Bu hədəf üzrə görüləcək ən vacib tədbirlər arasında dövlət orqanları üçün dövlət maliyyəsinin müxtəlif sahələrində təlimlərin keçirilməsi və təcrübənin paylaşılması ilə dəstəyin verilməsidir. Buradan bildirmək istəyirəm ki, biz bütün maraqlı tərəflərə əlimizdən gələn köməyi etməyi əsirgəməməyə çalışırıq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Palata sədri qeyd edib ki, gələcəkdə muxtar respublikada fəaliyyət göstərəcək kadr potensialının gücləndirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlanılıb. Növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















