Paltar asarkən 8 ci mərtəbədən 5 ə yıxıldı Təhlükəli anlar+Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 07 İyun 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















