Paltardan Rexona izini aparmağın sadə üsulu açıqlandı
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Ağ köynəklərin qoltuqaltı hissəsində yaranan inadkar sarı ləkələrin əsl səbəbi məlum olub. Çox vaxt bu ləkələrin tərdən qaynaqlandığı düşunülsə də, əsl günahkar dezodorantların tərkibindəki aluminiumdur. İnsan təri ilə dezodorantdakı aluminium birləşdikdə kimyəvi reaksiya baş verir və bu reaksiya parçaya hoparaq sarı ləkələr yaradır.
Demokrat.az bildirir ki, paltarları yuyarkən ləkələrin təmizlənməməsi çox vaxt səhv geyinmə vərdişləri ilə bağlıdır. Səhərlər dezodorant vuran kimi gözləmədən köynəyi geyinmək ləkəni parçaya beton kimi bərkidir. Yaş və rütubətli dezodorant qurumamış paltara toxunduqda kimyəvi reaksiya daha da sürətlənir. Bunun qarşısını almaq üçün vasitənin dəridə tam qurumasını gözləmək, tələsdikdə isə qoltuqaltı nahiyəni quru salfetlə qurulamaq lazımdır.
Mövcud ləkələri geyimlərdən təmizləmək üçün mətbəxdə olan təbii vasitələrdən yararlanmaq mümkündür. Bunun üçün quru köynəyin ləkəli hissəsinə soda səpilir və üzərinə sprey şüşəsi ilə ağ sirkə püskürdülür. Yaranan köpüklü reaksiya parçanın liflərinə hopmuş aluminium əsaslı kimyəvi bağları saniyələr ərzində parçalayaraq ləkəni yox edir.
Yeni ləkələrin yaranmasının qarşısını almaq üçün isə fərqli şəxsi qulluq vasitələrinə üstünlük verilməlidir. Mağazadan alış-veriş edərkən tərkibində aluminium olmayan, məsamələri qapamayan və təmiz bitki tərkibli dezodorantlar seçmək problemi kökündən həll edir.
Yəni ağ paltarlarda qalan çirkin sarı ləkələrə təriniz yox, istifadə etdiyiniz dezodorantın tərkibindəki kimyəvi maddələr səbəb olur. Həmin ləkələri təmizləmək üçün evdə olan soda və ağ sirkə qarışığından istifadə edə bilərsiniz.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI
27 Noyabr 2025 17:17
Evdə təbii rexona hazırlamaq üsulu Pis qoxunun kökünü kəsir
19 May 2026 07:32
Paltardan yağ ləkələrini çıxara bilmirsiniz? BU ÜSULLAR KÖMƏYİNİZƏ ÇATACAQ!
08 Fevral 2025 19:59
Pulmonoloq: Siqaret tüstüsü saçdan, dəridən və paltardan da orqanizmə keçir
23 Avqust 2025 05:48
Təzyiqi aşağı salmağın sadə üsulu açıqlandı
17 Noyabr 2024 18:18
Baxış sayı:126
Bu xəbər 02 İyun 2026 21:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları