Icma.az
close
up
RU
Paltaryuyan maşın nə qədər elektrik enerjisi yeyir

Paltaryuyan maşın nə qədər elektrik enerjisi yeyir

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paltaryuyan maşın evdə əvəzolunmaz köməkçidir. Yeni texnika seçərkən və sonrakı istifadə zamanı onun nə qədər enerji sərf etdiyini diqqətlə öyrənmək çox vacibdir. Güc və enerji sərfiyyatı parametrlərini başa düşmək yalnız optimal modeli seçməyə deyil, həm də texnikadan daha şüurlu və ekoloji istifadə edərək elektrik xərclərini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin qeyd etdiyinə görə, maşının faktiki enerji sərfiyyatı gücdən, seçilən rejimdən, yüklənmədən və digər amillərdən asılı olaraq dəyişir.

Paltaryuyan maşının gücü və enerji sərfiyyatı nədir: əsas anlayışlar

Məişət cihazının nominal gücü onun işini yerinə yetirmək üçün sərf etməli olduğu, vat və ya kilovatla ölçülən sabit enerji miqdarıdır.

Enerji sərfiyyatı (və ya faktiki işləmə gücü) maşının müəyyən yuma dövrü ərzində sərf etdiyi real enerji miqdarıdır. Müasir modellərin sərfiyyatı proqramdan asılı olaraq 400-2000 vat arasında dəyişə bilər.
Enerji sərfiyyatını təqribən hesablamaq üçün cihazın orta gücünü onun işləmə müddətinə vurmaq kifayətdir.

Hesablama formulu belədir: enerji sərfiyyatı paltaryuyan maşının orta gücü iş müddəti. Məsələn, nominal gücü 800 vat olan maşın, şəraitdən asılı olaraq bir dövrədə 600 vat, digər dövrədə isə 780 vat sərf edə bilər.

Real enerji sərfiyyatını müəyyən edən amillər

Hər yuma dövründə maşının nə qədər enerji sərf edəcəyinə bir sıra istifadə amilləri təsir göstərir: Suyun temperaturu ən vacib faktordur. Su nə qədər isti olmalıdırsa, onu qızdırmaq üçün bir o qədər çox enerji tələb olunur. Soyuq suda yuma zamanı enerji sərfiyyatı minimum olur, çünki su ümumiyyətlə qızdırılmır. Seçilmiş yuma proqramı intensiv və uzun proqramlar (məsələn, pambıq yuması yüksək temperaturda) qısa və yüngül proqramlardan daha çox enerji sərf edir.

Barabanın yüklənməsi tam yükləmədə enerji sərfi qismən yükləmədən çox olur, lakin barabanı çox az miqdarda paltarla işə salmaq da sərfəli deyil. Optimal yüklənmə ən qənaətcilidir. Sıxma sürəti yüksək sıxma sürəti daha çox enerji tələb edir, çünki baraban daha sürətli fırlanır, lakin paltarın daha tez qurumasına kömək edir. Maşının vəziyyəti əhəng çöküntüsü və detalların köhnəlməsi enerji sərfini artırır, çünki cihaz daha az effektiv işləyir.

Paltaryuyan maşınların enerji effektivliyi sinifləri: qənaət üçün işarələmə

İstehlakçılar üçün rahatlıq məqsədilə paltaryuyan maşınlar enerji effektivliyi səviyyəsinə görə işarələnir:

A+++ - çox yüksək enerji qənaəti.

A++ - çox yüksək effektivlik.

A+ - yaxşı qənaət, lakin A++-dan bir qədər aşağı.

A - standart səviyyə.

B-G daha ucuz, lakin çox enerji sərf edən modellər.

Məsələn, A++ sinifli modellər B sinifli maşınlarla müqayisədə 30-40 faiz daha az enerji sərf edir. Real həyatda bu o deməkdir ki, A++ sinifli maşın bir yuma dövründə cəmi 0,5-0,8 kVt/saat sərf etdiyi halda, daha ucuz modellər bunun iki qatını istifadə edə bilər.

Effektivliyə görə daha çox ödəməyə dəyərmi?

Paltaryuyan maşından tez-tez istifadə edirsinizsə, A++ və ya A+++ modelləri uzunmüddətli perspektivdə elektrik xərclərini xeyli azaldaraq özünü tamamilə doğruldur. Cihazdan nadir hallarda istifadə edənlər üçün isə bahalı model almağın fərqi o qədər də hiss olunmaya bilər.

Stirkədə necə qənaət etmək olar?

Əsas faktor aşağı temperaturda yuma. Gündəlik geyimlərin əksəriyyəti üçün 30 dərəcə kifayətdir, 40 və ya 60 dərəcə tələb olunmur.

Müasir maşınlar və yuma vasitələri soyuq suda belə effektiv işləmək üçün nəzərdə tutulub. Temperaturu 40-dan 30 dərəcəyə endirməklə enerji sərfi 38 faiz, 20 dərəcəyə keçməklə isə 62 faiz azalır. Aşağı enerji sərf edən doğru yuma proqramlarını seçmək vacibdir əgər paltarlar güclü çirklənməyibsə, intensiv rejimə ehtiyac yoxdur.

Barabanın optimal yüklənməsi çox önəmlidir. Maşını həddindən artıq doldurmaq olmaz paltar üçün hərəkət boşluğu azalır, nəticədə yuma və yaxalama keyfiyyəti aşağı düşür, xoşagəlməz qoxu yaranır və paltarı yenidən yumağa ehtiyac olur. Optimal yüklənmə barabanın üst kənarı ilə paltar arasında əlinizi rahat yerləşdirə biləcəyiniz qədər boşluq qalmasıdır.

Nəhayət, paltaryuyan maşına müntəzəm qulluq onun effektivliyini və ömrünü artırır. Vaxtaşırı əhəng təmizlənməli, detallar yoxlanmalıdır. Ayda bir dəfə paltarsız qaynar su dövrü işlətmək, sirkə və ya xüsusi təmizləyicilərdən istifadə etmək, eləcə də rezin contaları silmək tövsiyə olunur ki, nəm və kif toplanmasın.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri