Icma.az
close
up
RU
Pambıq Sabirabadın “çörək ağacı”dır

Pambıq Sabirabadın “çörək ağacı”dır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Ağ qızıl”ın bir lopası da kolda qalmır

Sabirabad pambıqçılıq sahəsində ölkəmizin zəngin ənənələri olan rayonlarındandır. Yaşlı nəslin nümayəndələri, yəqin ki, yaxşı xatırlayırlar. Sabirabadın əmək kollektivləri 1970-1980-ci illərdə pambıqçılıq sahəsində böyük uğurlar qazanırdılar. Elə illər olurdu ki, rayondakı pambıq plantasiyalarından 100 min tondan çox “ağ qızıl” toplanaraq dövlətə təhvil verilirdi.

Təəssüf ki, 1990-cı illərin əvvəllərində bu mühüm sahəyə diqqət və qayğı azaldı. Bunun nəticəsində torpaqda çalışanların əli, necə deyərlər, işdən soyudu. Son illər ölkəmizdə pambıqçılığa münasibət tamam dəyişib. Bu sahənin dirçəldilməsi və davamlı inkişafı üçün əməli addımlar atılır.

Muğanın əmək adamları pambıqçılığa münasibətin dəyişməsindən ruhlanırlar. Bu il Sabirabadda 11 min 86 hektar sahədə bol pambıq yetişdirilib. Artıq bir aya yaxındır ki, fermerlər həvəslə məhsul yığımına başlayıblar.

Rayon statistika idarəsində bildirdilər ki, bu il pambıq yığımının sürəti ötən ildəkinə nisbətən daha yüksəkdir. Bu, öz növbəsində, əsasən 2 amillə izah olunur. Bir tərəfdən pambıq plantasiyalarında məhsul boldur, o biri tərəfdən də fermerlər pambıqyığan maşınlardan, digər texnikalardan daha səmərəli istifadə edirlər.

Bu günlərdə rayonun Zəngənə kəndində “Əmək” ordenli fermer Əfras Əsgərovun sahəsində olduq, onunla builki pambıq yığımı kampaniyası barədə söhbət etdik.

Təcrübəli fermer dedi ki, pambıqçılığın inkişaf etdirilməsinin Muğanın əmək adamları üçün faydası çoxdur. Bu, kənd əhalisinin məşğulluğunu təmin edən çox gəlirli sahədir.

Əfras kişi söylədi ki, başçılıq etdiyi fermer təsərrüfatının üzvləri bu il 150 hektar sahədə məhsul yetişdiriblər. İndi əsas məsələ bol məhsulu mümkün qədər və itkisiz toplamaqdır. Təcrübəli fermer ümid edir ki, bu il hər hektardan orta hesabla 40 sentnerdən çox məhsul toplamaq mümkün olacaq.

Zəngənə kəndində digər pambıqçı fermer Xosrov kişi ilə də tanış oldum. Fəxrlə dedi ki, uşaqlıqdan onu zəhmətsevər böyüdüblər. “Belə ki, ata-ananın 17-ci övladı olub. Hara buyurublar, ora yüyürüb, tapşırılan işin öhdəsindən gəlib”.

Xosrov kişi məlumat verdi ki, başçılıq etdiyi fermer təsərrüfatının üzvləri bu il 75 hektar sahədə pambıq əkiblər. Artıq bir neçə gündür ki, pambıqyığan kombaynlar tarlaya çıxıblar. Elə gün olur ki, maşınlarla 40 tona yaxın “ağ qızıl” toplanır. Fermerin sözlərinə görə, hələlik əllə yığıma ehtiyac yoxdur. Əlbəttə, kombaynlar “öz işlərini görəndən sonra” sahələrdə əllə yığım başlayacaq.

Sonda bir məqamı da qeyd etmək lazımdır. Hər iki fermer pambığın hazırkı satınalma qiymətlərinin aşağı olmasından giley etdilər. Dedilər ki, 5 ildir ki, zavodlar pambığın kiloqramını 80 qəpikdən alırlar, ancaq bu illər ərzində təkcə yanacağın qiyməti azı 20-25 faiz artıb. Texnika və gübrələrin də qiymətləri yüksəlib. Fermerlər ümid edirlər ki, müvafiq qurumlar bu məsələnin həllinə diqqətlə yanaşacaqlar.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri