Icma.az
close
up
RU
Pambıq, tomat və qızılı nə birləşdirir?

Pambıq, tomat və qızılı nə birləşdirir?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxrac icmalı”nı təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.

2024-cü ilin 12 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4% artaraq 38,5 milyon ABŞ dolları, pambıq lifi 45,2% artaraq 178,2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32,8% artaraq 28,9 milyon ABŞ dolları, qiymətli metallar 29,2% artaraq 215,3 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,3% artaraq 293,7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 14,3% artaraq 68,8 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2,8% artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 57,3% artaraq 316,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1% artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilmiş pambıq mahlıcı (177,1 milyon ABŞ dolları) qeyri-neft sektoruna aid malların siyahısında birinci olub. Bu siyahıda ikinci yerdə tomat (pomidor) (175.4 milyon ABŞ dolları), üçüncü yerdə qızıl (165.3 milyon ABŞ dolları) qərarlaşıb.

2024-cü ilin yanvar-dekabr  ayları ərzində Rusiya Federasiyasına 1.2 milyard ABŞ dolları, Türkiyəyə 542,3 milyon ABŞ dolları, Gürcüstana 272,4 milyon ABŞ dolları,  İsveçrəyə 220,4 milyon ABŞ dolları, ABŞ-a isə 134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2024-cü ilin dekabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (20,1 milyon ABŞ dolları) ikinci, qızıl (19,5 milyon ABŞ dolları) üçüncü olub.

Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94.2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35.2 milyon ABŞ dolları) ikinci, İsveçrə (26.8 milyon ABŞ dolları) üçüncü  olub.

2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, "Tabaterra" QSC, “Khan-El” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:  “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 18,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib. 2024-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə BƏƏ, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri