Icma.az
close
up
RU
Panayır güzgüsü Məryəm Bağırova yazır

Panayır güzgüsü Məryəm Bağırova yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məryəm Bağırova

Bəzən insan özünə baxdığı yerdə həqiqəti yox, sadəcə inanmağa öyrəşdiyi təhrif olunmuş bir təsviri görür. Sanki panayır güzgüsünə baxırmış kimi... Orada insan nə qədər normal dayansa da, əksi ya həddindən artıq uzanır, ya əyilir, ya da tanınmaz hala düşür. Və ən təhlükəlisi də odur ki, insan bir müddət sonra həmin görüntünün həqiqətən özü olduğuna inanmağa başlayır. “Çirkinəm”, “yetərli deyiləm”, “seviləcək biri deyiləm” deyən o daxili səs çox vaxt insanın öz səsi olmur. O, bəlkə illər əvvəl eşidilmiş bir tənqidin, bir müqayisənin, bir alçaldılmanın kölgəsidir. Şüur bəzən insanı qorumaq istəyir, amma bunu yanlış üsulla günahlandıraraq edir. İnsan zamanla həmin görüntüyə inanmağa başlayır. Və elə bu məqamda, əsl təhlükə doğur, insan özünü özünün təhrif olunmuş bir versiyası kimi qəbul edir.

Unutmamaq lazımdır ki, hər güzgü həqiqəti göstərmir. İnsan doğru güzgünü tapmayınca, özü ilə münasibəti də sağlam olmur. Bəzən insan yanlış güzgüdə gördüyü obraza inanaraq, elə o insan kimi yaşamağa başlayır. Yanlış güzgüyə baxdıqca, sən özünlə münasibətdə sağlamlıq tapmırsan. Ən qorxuncu isə budur ki, insan həmin təhrif olunmuş əksə inanır, həyatını ona uyğun qurur, sanki həqiqətən də elə olmalıdır. O halda illər, zaman və sevgi, diqqət, özünü qəbul etmə fürsətləri əldən gedir.

Bu hadisə ilə bağlı maraqlı bir əhvəlat da var: Bir adam hər gün panayırdakı eyni əyri güzgüyə baxır və öz-özünə deyir: “Mən çirkinəm...” Bir gün biri ona yaxınlaşıb deyir: “Bu, panayır güzgüsüdür, səni təhrif edir. Bu, əsl üzün deyil”. Adam başını aşağı salıb cavab verir: “Bu, mənim tək güzgümdür. Mənim başqa güzgüm yoxdur”. O, illərlə özünü maska arxasında gizlətmişdi, həqiqətini görməmişdi. İnsanların onu bəyənməyəcəyinə o qədər əmin idi ki, özünü heç kimə göstərməməyə çalışırdı. Nə yazıq ki, o adam ömrünün 40 ilini bu şəkildə yaşayıb itirdi. Amma faciə təkcə bu deyildi. O, bu həqiqəti anladıqdan sonra belə xoşbəxt ola bilmədi. Çünki o, qarşısında qalan illərin dəyərini görmək əvəzinə, itirdiyi illərin yasını tutmağa başladı. O, yaşaya biləcəyi günləri yox, yaşaya bilmədiyi illəri düşündü. Sevə biləcəyi insanları yox, qaçırdığı ehtimalları xatırladı. Qarşısında açılan qapılara yox, artıq bağlanmış qapılara baxdı. Və beləcə, o, yalnız 40 ilini yox, ondan sonrakı illərini də eyni şəkildə itirdi. Panayır güzgüsü artıq yalnız onun keçmişini yox, gələcəyini də təhrif edirdi.

Fəlsəfi baxımdan, hər insanın yolu da elə bir güzgü ilə doludur, biz hansı güzgüyə baxacağımızı seçməliyik. Özünü qəbul edən, sevgi və həqiqətlə dolu güzgünü tapmaq, onu gündəlik həyatımızda saxlamaq lazımdır. Əks halda illər bir-birini əvəzləyir, vaxt itirilir və insan başa düşür ki, əsl problem heç də güzgüdə deyilmiş - problem sənə yapışdırılmış etiketlərdə, yanlış baxışlarda, qorxularda və maskalarda imiş. Düzgün güzgü - sevgi ilə baxdığın, səhvlərini qəbul etdiyin, özünü təhrif etmədən görə bildiyin güzgüdür. Həyat, panayır güzgüsü deyil, sən baxdığın güzgünü seçməyi öyrəndikcə, əsl xoşbəxtlik başlanır. Və bəlkə də ən acı həqiqət budur. İnsan bəzən həyatını bir panayır güzgüsünə inanaraq yaşayır... Sonra bir gün anlayır ki, gördüyü heç vaxt həqiqət olmayıb. Amma problem təkcə bu deyil. Problem odur ki, insan bunu anladıqdan sonra belə azad ola bilmir. Çünki o, çox vaxt qarşısında olanı deyil, artıq itirdiyini düşünür. Keçmişin peşmanlığı gələcəyin qarşısını kəsir. İtirilmiş illərin ağırlığı, yaşanacaq illərin dəyərini kölgədə qoyur. Beləcə, insan təkcə keçmişini yox, gələcəyini də eyni yanlış baxışla itirir. Çünki bəzən insanı həyat məhv etmir... İnsan, sadəcə, həqiqət olmayan bir əksə inanaraq öz həyatını yavaş-yavaş tükəndirir. Doğru güzgünü seçdiyimiz an, itirdiklərimiz yox, yaşaya biləcəklərimiz həyatımızın həqiqi başlanğıcına çevrilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:962
embedMənbə:https://525.az
archiveBu xəbər 04 May 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri