Icma.az
close
up
RU
Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”

Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini panel sessiyalarla davam etdirir.

Əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Şuşa Qlobal Media Forumu sadəcə konfrans deyil, jurnalistlərin, siyasətçilərin, akademik və texnologiya liderlərinin medianın ən vacib dəyərlərindən birini, yəni həqiqəti və faktları qoruyub saxlamaq yolları araşdırmaq üçün platformadır. Çünki hazırda informasiya və dezinformasiya çox sürətlə yayılır. Etimad isə çox vaxt və mütəmadi olaraq geridə qalır. Süni intellekt jurnalistikanı yenidən formalaşdırır.

"Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib. Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil. Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması, dezinformasiyaya qarşı dözümlülüyün artırılması və ictimai etimadın gücləndirilməsi deməkdir”,- deyə Hikmət Hacıyev bildirib.

Daha sonra “AnewZ” televiziya kanalının aparıcısı Nadia Qyanenin moderatorluğu ilə "Media obyektivində sülh quruculuğu və ictimai diskurs" adlı panel müzakirəsi olub.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş çıxışında rəqəmsal platformaların fəaliyyətində daha yüksək şəffaflığın təmin olunmasının vacib olduğunu deyib. O bildirib ki, medianın əsas missiyası cəmiyyətə dünyanı peşəkar jurnalist prizmasından təqdim etmək, həqiqəti dəqiqləşdirilmiş və məsuliyyətli şəkildə çatdırmaqdır.

Lətifə Axarbaş, sülhün qorunmasında media tənzimləyici qurumlarının və rəqəmsal platformaların məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib: "Beynəlxalq ictimaiyyət olaraq əsas vəzifəmiz hər bir ölkənin öz tarixi, mədəniyyəti və institutlarına uyğun şəkildə sülhün möhkəmlənməsinə, birgəyaşayış mədəniyyətinin təşviqinə xidmət edən dayanıqlı media və mədəniyyət ekosistemi formalaşdırmasına dəstək verməkdir".

Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov diqqətə çatdırıb ki, dezinformasiya genişmiqyaslı sabitliyi pozan informasiya mühiti yarada bilər. Bu baxımdan, onlayn platformalarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Qazaxıstanda bu sahə təkcə qanunvericiliklə tənzimlənmir, eyni zamanda, bütün onlayn platformalara süni intellekt vasitəsilə yaradılmış məzmunun mütləq şəkildə işarələnməsi tövsiyə edilir.

"Süni intellektlə hazırlanmış bütün xəbər və digər məzmunlar xüsusi qeyd olunmalıdır ki, istifadəçilər onların təbii yolla hazırlanıb-hazırlanmadığını aydın şəkildə müəyyən edə bilsinlər. Bu, həm qanunvericilik, həm də tənzimləyici qurumlarla iri rəqəmsal platformalar arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir", - deyə o vurğulayıb.

Daha sonra “Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar” mövzusunda təkbətək formatlı müzakirə keçirilib.

“AnewZ” beynəlxalq televiziya kanalının baş redaktoru Qay Şounun moderatorluğu ilə təşkil olunan müzakirədə Londonda fəaliyyət göstərən “Atticus Partners” strateji kommunikasiya agentliyinin təsisçisi Leon Kuk dezinformasiyanın müasir informasiya məkanına təsiri, peşəkar medianın cəmiyyət qarşısındakı məsuliyyəti və xəbərlərin yoxlanılması mexanizmlərinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, rəqəmsal platformaların sürətli inkişafı fonunda etibarlı informasiyanın qorunması üçün redaksiya standartlarına sadiqlik hər zamankından daha vacibdir.

Leon Kuk bildirib ki, peşəkar mediaya etimadın əsas səbəbi xəbərlərin redaksiya nəzarətindən keçməsi, faktların bir neçə mərhələdə yoxlanılması və yalnız bundan sonra ictimaiyyətə təqdim edilməsidir. Onun sözlərinə görə, redaksiya məsuliyyəti, faktların dəqiqləşdirilməsi və etik jurnalistika prinsiplərinə riayət olunması dezinformasiyaya qarşı mübarizənin ən təsirli vasitələrindəndir.

Qeyd edək ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri