Panenka Diasın finaldakı bərbad penaltisi haqda nə dedi?
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur ''Panenka zərbəsi''nin müəllifi olan sabiq çexoslovakiyalı futbolçu Antonin Panenka mərakeşli Braim Diasın Afrika Millətlər Kubokunun finalında yerinə yetirdiyi penalti ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Mərakeş ilə Seneqal arasındakı qalmaqallı finalın son anlarında qazanılan penalti zamanı topun başına keçən Dias qəhrəmana çevrilmək əvəzinə anti-qəhrəmana çevrildi. Onun ''Panenka zərbəsi'' ilə yerinə yetirdiyi penalti zamanı top düz qapıçının qucağına getdi. Bu azmış kimi əlavə vaxtda Seneqal qələbə qolunu vurdu.
Panenkanı dinləyək:
''Bu zərbəni ideal həddə çatdırmaq üçün mənə iki il vaxt lazım oldu. Bu cür şəkildə penalti vura bilmək üçün az qala hər gün məşq edirdim. Afrika Millətlər Kubokunun finalını izlədim. Əminəm ki, Braim məşqlərdə penaltini bu cür şəkildə qola çevirmək üçün yetərli qədər çalışmamışdı. Ümumiyyətlə, düşünürəm ki, bu ideya onun ağlına birdən-birə gəldi. Son anda düşündü ki, zərbəni bu cür vursa, daha yaxşı olar. Fikrimcə, onun bu cür bərbad vurmasının səbəbi də məhz budu. Zərbəyə hazırlaşmamışdı''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















