Icma.az
close
up
RU
Panik atak həyat üçün təhlükədir?

Panik atak həyat üçün təhlükədir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Panik atak real təhlükə olmadığı halda yaranan güclü qorxu və narahatlıq hissidir”.

Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, panik atakın simptomları barədə də danışıb:

“Panik atak zamanı nəfəs çatışmazlığı, ürəyin sürətlə döyünməsi, başgicəllənmə, əllərdə və ayaqlarda titrəmə, tərləmə və huşu itirmə qorxusu müşahidə olunur. Bəzi insanlarda isə ölüm qorxusu hissi yaşanmağa başlayır. Bunlar panik atak keçirən insan üçün təhlükəli görünsədə, realda hansısa təhlükə yoxdur”. 

Ekspert bunun təhlükəli olmadığını da bildirib:

“Panik ataklar 5 dəqiqədən 20 dəqiqəyə qədər, bəzən daha çox davam edir. Sonra isə yavaş-yavaş zəyifləməyə başlayır. Sadəcə bunu bilmək lazımdır ki, indiyənə qədər kimsə panik atakdan ölməyib. Yəni keçirdiyiniz hiss infarkt, dəli olmaq və ya ölmək deyil. Bu, bədənin müdafiə mexanizminin həddindən artıq aktivləşməsidir”.

Xəyalə Xasməmmədli qeyd edib ki, panik atak psixoterapiya yolu ilə tam bərpa olur:

“Çünki problemin əsas səbəbi bədəndə baş verənlər deyil. Bu, bizim düşüncəmizdə nəyinsə yalnış olduğunu göstərən siqnaldır. Panik atak zamanı müvəqqəti sakitləşmə üçün müxtəlif nəfəs texnikaları və diqqəti kənara fokuslamaqla vəziyyəti asanlaşdırmaq olur.

İllərlə bu vəziyyətdən əziyyət çəkən insanlar olub, amma səbəbini bilmək üçün bütün tibbi müayinələrdən keçmələrinə baxmayaraq həlli yoluna çata bilməyiblər. Əslində, bu da maariflənmənin az olmağı ilə bağlıdır.

Əgər sizdə də bu kimi hallar müşahidə olunursa, zaman itirmədən psixodiaqnostik mərhələdən keçərək ən qısa zamanda psixoterapiya yolu ilə daha sağlam və rahat həyat sürə bilərsiniz”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Panik atak psixoloq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see314

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see232

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri