Icma.az
close
up
RU
Yeni Papa onlardan biri ola bilər Fotolar

Yeni Papa onlardan biri ola bilər Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Roma Papası Fransisk bu gün səhər saatlarında iqamətgahında vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, 88 yaşlı pontifikin ölümündən sonra dünyanı hazırda növbəti Papanın kim olacağı və yeni namizədin necə seçildiyi maraqlandırır.

Bəs Roma Papası vəfat etdikdən sonra Vatikanda hansı proseslər baş verir?

Papanın ölümündən sonra “Novendiale” kimi tanınan xüsusi matəm dövrü başlayır və doqquz gün davam edir.

Daha sonra, Katolik kilsəsində “sede vacante” – boş taxt dövrünə start verilir. Bu dövr ərzində isə Kardinallar Kollegiyası Vatikanda işlərin idarəsini öz üzərinə götürür və yeni pontifikin seçildiyi xüsusi toplantı – konklav çağırır. Konklav isə adətən Papanın dəfnindən 2-3 həftə sonra təşkil edilir.

Onu da qeyd edək ki, kardinallar Papanın ən yaxın məsləhətçiləri olan Roma yepiskoplarıdırlar və Katolik Kilsəsinin ən yüksək icra orqanı olan Roma Kuriyasında əsas vəzifələrə sahibdirlər. Onlar, həmçinin Kardinallar Kollegiyasını formalaşdırır ki, bu orqan da keçid dövründə kilsəyə rəhbərlik edir və yeni Papanın seçilməsində birbaşa iştirak edirlər.

Hazırda dünyada 253 romalı yepiskop kardinal var. Lakin onlardan yalnız 138-i konklavda səsvermə hüququna malikdir. Buna səbəb isə təyin edilən 80 yaş məhdudiyyətidir. Bununla da, 138 kardinal hazırda səs vermək imkanından yararlana bilər. Qalib isə səslərin azı üçdə ikisini toplamalıdır.

Yeni Papanın kim ola biləcəyinə gəldikdə isə, hazırda potensial namizəd olaraq onların adı çəkilir:

Kardinal Pyetro Parolin (İtaliya, 70 yaş): Parolin 2013-cü ildən Vatikanın dövlət katibidir və öz diplomatik fəaliyyəti, xüsusən də Çinlə danışıqlarda iştirakı ilə tanınır. O, 2024-cü ildə Ukraynaya səfər edib və ölkə Prezidenti Volodimir Zelenski ilə hərbi əsirlərin mübadilə edilməsi və həlak olan ukraynalı hərbçilərin qaytarılması məsələsini müzakirə edib.

Kardinal Luis Antonio Taqle (Filippin, 67 yaş): Taqle əsas olaraq da LGBT icmasına və boşanmış katoliklərə münasibətdə inkluzivliyə verdiyi dəstəyi ilə məşhurdur. O, seçilərsə, Asiyadan bu posta təyin edilən ilk Papa ola bilər.

Kardinal Vim Eyk (Niderland, 71 yaş): Eyk kardinal titulunu 2012-ci ildə Papa XVI Benediktdən alıb. O, Papa Fransiskin qərarlarına qarşı tənqidi fikirləri ilə tanınır. Kardinal ənənəvi dəyərləri dəstəkləyir və eynicinsli cütlüklərə xeyir-dua verilməsinə qarşı çıxış edir.

Kardinal Matteo Dzuppi (İtaliya, 69 yaş): Dzuppi, xüsusən, Ukraynada olmaqla öz sülhməramlı səyləri ilə tanınır və Papa Fransisklə yaxın münasibətlərə sahib idi.

Kardinal Fridolin Ambonqo Besunqu (Konqo Demokratik Respublikası, 65 yaş): Besunqu sosial ədalət və insan haqları məsələsində fəal mövqeyi ilə məşhurdur. Onun seçilməsi Afrikanın Katolik kilsəsində artan rolunu xüsusi qeyd edə bilər.

Kardinal Peter Erde (Macarıstan, 72 yaş): Mühafizəkar namizəd olan Erde kilsə təlimi və immiqrasiya siyasəti ilə bağlı ənənəvi mövqeyi ilə tanınır.

Kardinal Reymond Berk (ABŞ, 76 yaş): O, kilsədə aparıcı mühafizəkar və Papa Fransiskin liberal səylərinin ictimai tənqidçisi kimi tanınır.

Kardinal Mario Qrex (Malta, 67 yaş): 2020-ci ildən kardinal olan Qrex inklüzivliyin və cinsi mənsubiyyəti və ya ailə vəziyyətinə görə kilsədən kənarlaşdırılanları dəstəkləməyin vacibliyinin tərəfdarı olaraq çıxış edir.

Günel İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri