Icma.az
close
up
RU
Papanın dəfnində geyim qaydasını POZDULAR MARAQLI GÖRÜNTÜLƏR (FOTO,VİDEO) KONKRET

Papanın dəfnində geyim qaydasını POZDULAR MARAQLI GÖRÜNTÜLƏR (FOTO,VİDEO) KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Papa Fransiskusun dəfn mərasimində 3 lider geyim qaydalarını pozub.

KONKRET.az xəbər verir ki, 21 aprel tarixində vəfat edən Katoliklərin ruhani lideri və Vatikan Dövlətinin Başçısı Papa Fransiskus üçün Vatikanın Müqəddəs Pyotr meydanında dəfn mərasimi keçirilib. Minlərlə insanın iştirak etdiyi mərasimdə Papa Fransiskusun cənazəsi 6 kilometrlik kortejlə Azize Böyük Məryəm Bazilikasına (Santa Maria Maggiore) gətirilərək dəfn olunub.

Dünya liderləri bir araya gəldi

Mərasimdə Azərbaycanı parlamentin sədri Sahibə Qafarova təmsil edib.

Bundan başqa mərasimdə Türkiyə TBMM sədri Numan Kurtulmuş, ABŞ-ı prezidenti Donald Trump, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Prezidenti Serjio Mattarella, Almaniya Prezidenti Frank Valter Ştaynmayer, Argentina Prezidenti Xavyer Milei, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Ukrayna Prezidenti Volodimir Zelenski, İspaniya kralı VI. Felipe, Britaniya Kral ailəsindən Uels Şahzadəsi William və Britaniya Baş naziri Keir Starmer, İtaliya Baş naziri Corcia Meloni, Fələstin Baş naziri Mustafa Məhəmməd, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Aİ Komissiyası Prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş kimi bir çox tanınmış şəxsiyyət iştirak edib.

Geyim qaydalarını pozan liderlər

Vatikanın sərt geyim qaydalarına əsasən, kişilərin tünd rəngli kostyum, uzun qara qalstuk və ağ köynək geyinməsi tələb olunur. Həmçinin ayaqqabılar, uzun corablar, palto və çətir istifadəsi də qaydalara daxildir. Lakin ABŞ-ın keçmiş prezidenti Donald Trump mərasimə mavi kostyum və mavi qalstukla, keçmiş prezident Co Bayden isə mavi qalstukla qatılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ümumiyyətlə qalstuk taxmayıb. İngiltərə mediası hər üç lideri Vatikanın dəfn mərasimi geyim qaydalarını pozmaqda və digər dünya liderlərinin əksəriyyətinin qara geyindiyi mərasimdə “hörmətsizlik” etməkdə günahlandırıb.

Müşviq Tofiqoğlu
KONKRET.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Aprel 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri