Papikyanın sərhəddə səngərləri yoxlaması nə mesaj verir? Hərbi ekspertdən CAVAB
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhədə gedərək burada aparılan mühəndislik işləri ilə, o cümlədən yeni tikilən səngər və möhkəmləndirmə qurğuları ilə tanış olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Papikyan tikinti işlərinin gedişini də yerindəcə izləyib.
Bəs Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyi və sərhəddə vəziyyətin əvvəlki dövrlərlə müqayisədə daha sakit olduğu bir vaxtda bu cür hərbi istehkamların yenidən qurulması və möhkəmləndirilməsi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan sərhədində nə işlər görməsi onların daxili işidir:
"Biz onların daxili işlərinə qarışa bilmərik. Səngər hazırlayarlar, orada müəyyən müdafiə qurğuları tikərlər. Əlbəttə ki, bu, onların, yenə deyirəm, öz qərarıdır və biz onlara heç nə deyə bilmərik. Səngər tikilməlidir. Yəni dövlətin müdafiə və təhlükəsizlik tələblərindən biri də odur ki, hər bir ölkə müharibə vəziyyətindədir, yoxsa sülh şəraitindədir, fərq etməz, öz sərhədində müəyyən işlər görməlidir. Ermənistan da yəqin ki, bu məqsədlə həmin işləri görür. O ki qaldı Suren Papikyanın, yəni müdafiə nazirinin fəaliyyətinə, bizim müdafiə nazirimiz də, demək olar ki, həftədə 8-9 dəfə işğaldan azad olunmuş ərazilərə, Dövlət Sərhəd Xidmətinin rəhbəri də həmin yerlərə baş çəkir. Bu, o demək deyil ki, biz müharibəyə hazırlaşırıq. Ordunun zatən təyinatı müharibəyə hər zaman hazır olmaqdır. Ermənistan da həmin prinsipdən çıxış edərək o səngərləri hazırlayır, yeniləyir. Orada təkcə səngərlər deyil, sığınacaqlar, digər hərbi nöqteyi-nəzərdən zəruri kommunikasiyalar da var".
Ekspert bildirdi ki, burada hər hansı bir “Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır” yanaşmasının tərəfdarı deyil:
"Artıq o səhifə bağlanıb. Nəzəri baxımdan mümkündür, praktiki baxımdan mümkün deyil. Baxın, vaxtilə ATƏT-in Minsk qrupu var idi, tərəfləri bir araya gətirirdi, danışıqlar aparılırdı. Bu gün Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri çox rahat şəkildə danışırlar. Bəzi məsələləri rahatlıqla müzakirə edirlər. Ölkələrin rəsmi şəxsləri, tutaq ki, Hikmət Hacıyev ilə Alen Simonyan da bu yaxınlarda Bişkekdə görüşdülər. Digər məsələlər də var. Ona görə də Ermənistanın Azərbaycan-Ermənistan sərhədində səngərlər tikməsi, digər işlər görməsi, yenə deyirəm, onların daxili işidir və buna görə heç vaxt xoflanmağa və ya narahat olmağa dəyməz.
Hesab edirəm ki, Ermənistan Azərbaycanın gücünü də bilir, Azərbaycanın imkanlarını da bilir. Ona görə də bu, Ermənistan tərəfinin qərarıdır. Biz də müəyyən işlər görürük. Elə çıxır ki, indi ermənilər şoka düşməli, panikaya düşməlidirlər? Əsla elə deyil. Hər şey nəzarət altındadır. Vəziyyət tam olaraq bizim Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin nəzarətindədir. Hərənin öz sahəsi var və hər şey nəzarət altındadır".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















