Icma.az
close
up
RU
Paraatlet Elmir Cəbrayılov mənzil alarkən aldadılıb? Baş Prokurorluqdan açıqlama

Paraatlet Elmir Cəbrayılov mənzil alarkən aldadılıb? Baş Prokurorluqdan açıqlama

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paraatlet idmançı Elmir Cəbrayılovun “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binadan mənzil alarkən aldadılması ilə bağlı Baş Prokurorluğa daxil olmuş sorğulara cavab verilib.

"Unikal" xəbər verir ki, cavabda deyilir:

"Məlumat verildiyi kimi, “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində  aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin  178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə),308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda  məhkəmə baxışı davam etdirilir.

Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

Bundan başqa Baş İdarədə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş qeyd edilən cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Bununla yanaşı, Cabbarov Səyyaf Cəbrayıl oğlunun "İnşaat Konstruksiyaları" MMC-nin digər ünvanda - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində yerləşən hazırda inşa edilməkdə olan binadan mənzil alarkən aldadılmasına dair müraciətinə icraatda olan cinayət işi çərçivəsində baxılmaqdadır.

Belə ki, istintaqla müəyyən edilmişdir ki, Səyyaf Cabbarov 07 avqust 2020-ci il tarixdə mülki müqavilə əsasında “İnşaat Konstruksiyaları” MMC-dən həmin binanın 9-cu mərtəbəsində yerləşən 121.3 m2 ölçüdə, 2 otaqlı ümumi dəyəri 303.250 manat olan mənzilə görə 238.922 manat dəyərində ödəniş etməklə və əlavə olaraq fərq məbləği dəyərində tikinti materialı verdikdən sonra müqavilənin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib, lakin tərəflər arasında göstərilən razılığa tam əməl olunmadığına görə mənzil ona təhvil verilməyib.

Hazırki dövrədək qeyd edilən mənzilin başqa şəxsə satılmadığı və tərəflər arasında yaranmış mübahisənin öhdəliklərin icrası ilə bağlı mülki hüquqi xarakter daşıdığı müəyyən edilib.

Müraciəti ilə əlaqədar Baş idarədə qəbul olunan Səyyaf Cabbarovun oğlu Elmir Cəbrayılov hazırda mənzilə dair əlavə ödəniş etmək üçün maddi imkanlarının olmadığını, bu səbəbdən ödədiyi vəsaitin mənzilin satılması ilə qaytarılmasını xahiş edib və ona göstərilən xüsusatla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib.

Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və digər tədbirlərin icrası davam etdirilir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri