Icma.az
close
up
RU
Paraflanma Ermənistanın imza atdığı 4 cü kapitulyasiya aktıdır

Paraflanma Ermənistanın imza atdığı 4 cü kapitulyasiya aktıdır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Tam bir il əvvəl Azərbaycan ilə ABŞ münasibətlərində müsbət dəyişiklərin başlanğıc nöqtəsi oldu. Bayden administrasiyası tərəfindən mövcud münasibətlərin kifayət qədər gərginləşməsi paralel olaraq Ermənistanın sülh prosesindən yayınması ilə müşaiyət olunurdu. Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Azərbaycan ilə münasibətlər yenidən müsbət məcrada və kifayət qədər yüksək sürətlə inkişaf etməyə başladı.
"907-ci düzəliş", TRİPP layihəsi və Zəngəzur dəhlizi ilə paralel olaraq Strateji Tərəfdaşlıq Xartiyası ilə bağlı başladı və qısa müddət ərzində mühüm qərarlar əldə edildi.
Vaşinqton-Bakı xəttində siyasi etimada əsaslanan təmaslar yeni reallıqlar yaratdı və Azərbaycanla Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə sülh müqaviləsi paraflandı.
Əlbəttə ki, bu sulh təşəbbüsünün əsas müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin hələ ABŞ prezidenti secilmədən öncə Donald Tramp ilə dəfələrlə işgüzar əlaqələr qurması, təbii ki, bu sülh prosesinə müsbət təsir göstərmişdir. Həmin dövrdə Ermənistan tərəfi digər namizəd olan Kamala Harrisə ardı arası kəsilməyən dəstək mesajları verirdi. Amma bu dəfə də Ermənistan hadisələrin gedişatını düzgün dəyərləndirə bilmədi, nəticədə isə Ermənistan cəmi iki il sonra Azərbaycan Prezidentinin tələbləri əsasında hazırlanan sülh sazişini paraflanmasına razı oldu. Halbuki Almaniya İkinci Dünya Müharibəsindən sonra Fransa ilə sülh razılaşmasını 18 il sonra imzalamışdı.
Əslində bu paraflanma Ermənistanın imza atdığı 4-cü kapitulyasiya aktıdır. Çünki bu sənəddə Azərbaycanın üzərinə götürdüyü heç bir öhdəlik yoxdur. Ermənistan bu sənədi imzalamağa məcbur idi, çünki sülh daha çox Ermənistana lazım idi və işğalçı ölkənin başqa alternativi də yox idi. Daha doğrusu başqa altrnativ daha böyük itkilər, hətta Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi vəd edirdi.
Amerika Birləşmiş Ştatlarının Azərbaycanı Strateji Tərəfdaş olaraq qəbul etməsi mühüm tarixi hadisədir. Bu, ilk növbədə Tramp administrasiyasının qalib dövlətimizə, müzəffər Ali Baş Komandanımıza və qəhrəman xalğımıza xüsusi yanaşmasının nəticəsidir. Deməli Azərbaycan həm regionda, həm də regiondan çox uzaqlarda qüdrətli və müstəqil dövlət olaraq qəbul edilir.
Azərbaycanın cox sayda, o cümlədən bir birilə münasibətləri olmayan, hətta müharibə şəraitində olan ölkələrlə əməkdaşlıq etməsi, tək ABŞ tərəfindən deyil, bütün dünya tərəfindən “uğurlu diplomatiya nümunəsi” kimi qəbul edilir.
ABŞ ilə imzalanan Xartiyada Azərbaycanın bütün prioritetləri- ərazi və sərhəd bütövlüyümüz, suverenliyimiz, regional, siyasi,iqtisadi maraqlarımız, müdafiə və təhlükəsizliyimiz dəstəklənir, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqğın əhəmiyyəti önə çıxarılır.
Bütün bunlar Azərbaycanın yaratdığı yeni sülh arxitekturası və digər reallıqlar sayəsində Cənubi Qafqazda ABŞ ilə tərəfdaşlıq, sərhəd təhlükəsizliyi, terrorra qarşı birgə mübarizə sahəsində əməkdaşlığın genişlənlənməsini təmin edəcək.
Azərbaycan və ABŞ arasında informasiya mübadiləsi, təlim proqramları və koordinasiya mexanizmləri vasitəsilə əməkdaşlığın dərinləşdirilməsinə və beynəlxalq təhlükəsizliyə mühüm töhfə verəcək.
ABŞ-nin kibertəhlükəsizlik, rəqəmsallaşma və süni intellekt sahəsində qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi təhlükəsizlik, enerji, maliyyə və nəqliyyat sektorunda risklərin neytrallaşmasına dəstək verəcək.
Humanitar minatəmizləmə məsələsi bu gün Azərbaycan üçün kifayət qədər aktual sahədir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina və partlamamış sursatlarla çirkləndirilməsi hazırda bizim üçün ciddi problemlər yaradır. Xartiyada maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə minatəmizləmə prosesinin sürətinin artırılması niyyəti açıq şəkildə ifadə olunması, Azərbaycan vətəndaşlarının azad olunan ərazilərə təhlükəsiz qayıdışı üçün mühüm əhəmiyyət kəsb edir.
Müdafiə sahəsində əməkdaşlıq isə strateji xarakter daşıyır və bu barədə razılşma yalnız qarşılıqlı siyasi etimad sayəsində əldə oluna bilir. Müdafiə sahəsində əməkdaşlıq adətən yüksək səviyyəli yexnologiya transferini, informasiya mübadiləsini və müxtəlif qurumların strateji koordinasiyasını ehtiva edir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın beynəlxalq müdafiə və təhlükəsizlik sistemində artan rolunu doğru dəyərləndirən ABŞ bizimlə üzünmüddətli əməkdaşlıqda maraqlıdır. paraflanma Ermənistanın imza atdığı 4-cü kapitulyasiya aktıdır
Ədalət Verdiyev, hərbi ekspert
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Avqust 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri