Icma.az
close
up
RU
Paralel idxalın dövlətə və rəsmi dilerlərə zərəri: Qanunlarda hansı dəyişiklər edilməlidir? VİDEO

Paralel idxalın dövlətə və rəsmi dilerlərə zərəri: Qanunlarda hansı dəyişiklər edilməlidir? VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ölkəmizdə son 5 ildə Çindən avtomobil sifariş edərək gətirmək dəb halını alıb. Vətəndaşlar ucuz başa gəldiyi üçün birinci əl avtomobil kimi bu ölkənin istehsalı olan minik nəqliyyat vasitələrini əlavə xərclərdən yaxa qurtarma aləti olaraq görür. Çin avtomobilləri ilə yanaşı bir çox maşınların bu ölkədə istismarı üçün nəzərdə tutulan versiyalarına da sürücülər tez-tez üz tuturlar.

Avtosfer.az xəbər verir ki, rəsmi dilerlərdən alınan avtomobil əvəzinə, paralel idxalla bir çox maşınların Çin versiyalarına zəmanət çərçivəsində xidmət göstərilmir. Bu da sürücülərin narahatlığına səbəb olur.

Vətəndaşlar qeyri-rəsmi idxalçılar vasitəsilə Çindən gətirtdikləri maşınların müxtəlif konstruksiyalarında problemlər yaranır. Sifariş verdikləri avtomobil satış məntəqəsinə üz tutub təmir tələb etdikdə, cavabsız qalır. Bu zaman sürücü həmin avtomobilin ölkədəki rəsmi nümayəndəsi olan dilerə müraciət edir. Bu dəfə isə rəsmi dilerlərin Çin versiyalarına zəmanət tətbiqi olmaması səbəbilə sürücülərin müraciətləri geri çevrilir.

Paralel idxalın ən çox zərər vurduğu şirkətlərdən biri də “Toyota”dır. Çünki bu avtomobilin eyni anda bir neçə modelinin Çin versiyası Azərbaycana ayaq açıb. Bu avtomobilləri ölkə ərazisində bir müddət istifadə etdikdən sonra maşında bir sıra problemlər yaranır. Bunun səbəbi avtomobillərin keyfiyyətsiz olması deyil, həmin avtomobillərin Azərbaycanda istifadəsinin ümumiyyətlə tövsiyyə edilməməsidir.

Məsələ ilə bağlı “Toyota”nın servis mərkəzlərindən birində olan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürücülər bu avtomobillərin Çin versiyalarını yaxşı avtomobil kimi qəbul edir:

“Biz demirik ki, bu avtomobillər pisdir. Sadəcə olaraq, həmin avtomobillər Çində istifadə edilməsi üçün nəzərdə tutulub. Belə avtomobillərin Azərbaycanda istismarının dövlətə də zərərləri var.

“Toyota” bütün avtomobillərini eyni keyfiyyətlə istehsal edir. Lakin əvvəlcə bölgələr üzrə vəziyyəti təhlil edir, sonra bu avtomobillər buraxılır. Azərbaycanda rəsmi dilerlər vasitəsilə bu avtomobillərin Avropa modelləri satılır. “Toyota”nın Bakı, Abşeron və Gəncə mərkəzlərində bu avtomobilləri əldə etmək mümkündür.

Bəs paralel idxalla ölkəyə gətirilən avtomobillərin nə kimi problemləri ola bilər? Bir daha qısa olaraq xatırladaq ki, avtomobillərin Çin versiyaları yalnız Çində istismar edilməsi üçün nəzərdə tutulub. Onların ehtiyat hissələrində müəyyən fərqlər var. İqlim, hava və yol şəraiti də nəqliyyat vasitələrinin istismarına təsir edən amillərdir. Hətta yanacağın keyfiyyətinin də bu məsələdə rolu az deyil. Avropa üçün istehsal edilən avtomobilləri isə ölkəmizdə rahatlıqla uzun müddət istifadə etmək olar. Üstəlik, rəsmi dilerlər bu avtomobillərə həm də zəmanət verir. Sürücülər sual edir ki, bəs niyə rəsmi dilerlərdə satılan avtomobillərin qiyməti baha olur? Səbəb odur ki, rəsmi diler hüquqi şəxsdir və avtomobili rəsmi üsullarla gətirir. Ehtiyat hissələri və təmir xidməti göstərir. Ona görə də qiymətdə də fərq yaranır. Lakin paralel idxalla ölkəyə avtomobil gətirən kiçik şirkətlərin zəmanəti yoxdur, rəsmi yollarla avtomobil gətirmirlər, servis xidməti yoxdur və imzalanan sənədlərdə heç bir rəsmiyyət gözlənilmir”.


Elməddin Muradlı “Toyota”nın hibrid modellərində də vəziyyətin eyni olduğunu qeyd edib:

“Hibrid avtomobil alarkən gələcəkdə onun batareyasında problem yarana bilər. Siz həmin batareyaları dəyişdirməyə məcbur qalırsız. Yeni batareyanın qiyməti isə 5000 dollar, yəni 8000 manatdan çox məbləğ tutur. Bu məbləği qarşılamaq çətin olduğu üçün ucuz versiyalara üstünlük verən sürücülər bu mövzuda çətinlik yaşayır. Lakin rəsmi dilerdən avtomobil alarkən şirkət tərəfdən bu problem aradan qaldırılır. Dövlət orqanlarına - Dövlət Gömrük Xidməti və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndərdik. Qurumlardan sorğumuza cavab olaraq bildirildi ki, həm rəsmi dilerlər, həm də paralel idxalçılar tərəfindən avtomobil gətirərkən ödənilən rüsumlar təxminən eynidir. Lakin satış prosesinə keçilən zaman rəsmi diler həm servis xidmətləri, həm ehtiyat hissələrinin təşkili, həm də zəmanət çərçivəsində digər addımlar atıldıqdan sonra qiymətdə dəyişiklik yarana bilir. Siz paralel idxal sayəsində hansısa avtomobilin Çin versiyasını alarkən sevinirsiz ki, 5-10 min manat qabağa düşmüsüz, ucuz almısız. Sonra yaxınlaşıb rəsmi dilerdən aldığınız avtomobil üçün hansısa ehtiyat hissəsi əldə etmək istədikdə aylarla gözləməli olursuz. Buna səbəb isə ehtiyat hissələrindəki fərqlərdir. Hətta avtomobillərin Avropa modeli ilə Çin versiyalarının qabaq alın şüşələrində belə fərqlər mövcuddur. Qeyd edilən ərazilərin fərqini də müşahidə edə bilərsiz. Qəza anında həmin bölgələrdə hansı effekt yaranmasını da araşdırmaq olar”.

Nəqliyyat eksperti vurğulayıb ki, dünyanın bir çox ölkələrində Çindən gətirilən avtomobil versiyalarına qarşı mübarizəyə başlanılıb:

“Məsələn, əgər siz “Toyota” avtomobilinin Çin versiyasını hansısa Avropa ölkəsinə gətirirsizsə, həmin avtomobilin ölkədəki rəsmi dilerinə müraciət edib razılıq almalısız, yalnız onun icazə sənədi əsasında avtomobili həmin ölkədə sürə bilərsiz. Başqa bir ölkədə bu qayda daha fərqlidir. Məsələn, bir nəfər il ərzində yalnız 1 dəfə şəxsi istifadəsi üçün hansısa avtomobilin Çin versiyasını gətirdə bilər. Yenə də rəsmi dilerdən zəmanətlə bağlı razılıq alınmalıdır. Nəticə etibarilə, həmin ölkələrdə dövlət rəsmi dilerləri qoruyur. Bu gün Azərbaycanda rəsmi dilerlər paralel idxalçıların qanunazidd əməllərinə görə əziyyət çəkir. Bu isə təkcə “Toyota”ya aid deyil, digər bütün rəsmi dilerlər üçün də çox böyük çətinliklər yaranır. Həmin paralel idxalçılar qeyri-qanuni yollarla avtomobillərin Çin versiyasını gətirib ölkədə rahat şəkildə satırlar və nəticədə dilerlərin satış göstəriciləri aşağı düşür. Nəticədə, nə baş verir? Dilerlərdə çalışan bu qədər işçi maaş ala bilmir, vergi ödənməsində çətinlik çəkilir. Dövlətimiz tərəfindən rəsmi dilerləri qorumaq məqsədli hansısa addımları atılması gözləniləndir. Paralel idxalın tamamilə qadağasının mümkünlüyü barədə heç bir fikrim yoxdur. Təsəvvür edin ki, paralel idxalla ölkəyə gətirilib satılan avtomobilin ehtiyat hissəsində problem yaranır. O problemin həlli üçün isə hər il milyonlarla vəsait xarici ölkəyə göndərilir ki, həmin konstruksiya detalını Azərbaycana gətirsinlər. Hansı ki, rəsmi diler həmin detalı Azərbaycanda özü təşkil edə bilir. Bütün bu məsələləri nəzərə alaraq dövlətimiz dünyada yaranan problemin ölkəmizdə həllinə bir daha baxmalıdır. Rəsmi dilerləri qorumaq məqsədilə müəyyən addımların atılmasına ehtiyac var”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri