Azərbaycan Gürcüstan tandeminin gücü xarici təsirlərə qarşı dayanıqlıdır ŞƏRH
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisinin qətiyyətli mövqeyi ortadadır
Qonşu ölkələrə - Azərbaycan, Ermənistan və Türkiyəyə, daha sonra isə BMT və Serbiyaya səfərlərim daha aydın göstərdi ki, bizim xarici siyasi vektor alternativsizdir”. Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili səfirlər konfransında çıxış edərkən deyib.
Kavelaşvili qeyd edib ki, Gürcüstan hökumətinin məqsədi Cənubi Qafqazın əsas regional qovşaq statusunu daha da möhkəmləndirməkdən ibarətdir: “Həmçinin, Asiya, Avropa və Yaxın Şərq kimi daha geniş coğrafi məkanların iqtisadi və sülh yolu ilə inteqrasiyasına maksimum dəstək göstərməliyik. Hər birinizə çağırış edirəm ki, ticarət və tranzit əlaqələrinin daha da inkişafı üçün səylərimizi əsirgəməyək. Bu, yalnız qlobal əlaqəliliyi gücləndirməyəcək, həm də Gürcüstana onun tarixi, mədəni və sivilizasiya yol qovşağı funksiyasını geri qaytaracaq.
Gürcüstan yalnız Orta Dəhlizin əsas qovşaqlarından biri deyil, həm də unikal mədəni dialoq məkanıdır, burada əsrlər boyu müxtəlif mədəniyyətlər sülh içində birgə yaşayıblar”.
M.Kavelaşvilinin qeyd etdiyi kimi, Gürcüstan Cənubi Qafqazın əsas regional qovşağı olaraq, Azərbaycanla iqtisadi və ticarət əlaqələrini gücləndirmək, həmçinin regional inteqrasiyanı inkişaf etdirməkdə maraqlıdır. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, eyni zamanda, daha geniş coğrafiyada sülh və iqtisadi inkişafa töhfə verəcək.
Kavelaşvilinin açıqlaması fonunda Gürcüstan- Azərbaycan əlaqələrini dəyərləndirən politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında qeyd edib ki, həm Azərbaycan, həm də Gürcüstan regionda sabitlik və tərəqqi üçün vacib əməkdaşlıq platformaları qurmağa davam edir. İqtisadi, mədəni və siyasi sahələrdə birgə layihələrin genişlənməsi hər iki ölkəyə yeni perspektivlər açır:
“Bu əlaqələr regionda strateji layihələrin həyata keçirilməsi və beynəlxalq arenada güclənən mövqelər üçün bir təməl rol oynayır. Azərbaycanın Gürcüstanla əlaqəli geniş gündəliyi var. Bu gün nəqliyyat, kommunikasiya və enerji təhlükəsizliyi kimi sahələrdə iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan hər zaman Gürcüstanı dəstəkləyir, Gürcüstan isə beynəlxalq platformalarda Azərbaycanın maraqlarını müdafiə edir. Hər iki ölkə Avropa İttifaqı və digər qurumların ikili standartları ilə üzləşməsinə baxmayaraq, ortaq məqsədlərinə doğru birgə addımlayır. Biz bunun daha da sürətlənəcəyinin və inkişaf edəcəyinin şahidi olacağıq. Bu istiqamətdə bütün tərəflərin üzərinə böyük bir məsuliyyət düşür. Hesab edirəm ki, bundan sonra da əlaqələrimizdə müsbət mərhələlərin şahidi olacağıq. Əlaqələrimiz daha da güclənəcək, mükəmməlləşəcək və inkişaf edəcək”.
Politoloq hesab edir ki, Gürcüstan hakimiyyətinin son zamanlar milli maraqları hər şeydən üstün tutaraq Avropa İttifaqı ilə münasibətlərə korrektələr etməsi regionumuzun xarici təsirlərdən qorunması baxımından böyük əhəmiyyət kəsb edir:
“Tbilisinin qətiyyətli mövqeyi Azərbaycan-Gürcüstan tandeminin gücünü daha da artırıb. Gürcüstanın da Azərbaycan kimi Avropa Parlament Assambleyasında, Avropa İttifaqında hədəf seçilməsi iki ölkənin xarici siyasətinin milli maraqlar üzərində qurulmasından xəbər verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 23 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















