Parataekvandonun inkişafında birgə əmkdaşlıq
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvondo Federasiyası parataekvondonun inkişafı istiqamətində əməkdaşlığı genişləndirir.
Komitə ilə federasiya arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumla bağlı hər iki qurumun rəsmiləri arasında görüş keçirilib.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, görüş zamanı parataekvondo üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə parataekvondonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması, kütləviliyin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Aygül Abdullayeva imzalayıblar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















