Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb. Zərərçəkmiş qismində tanınan şəxslərdən 3-ü bunu ifadələrində də deyib.
Anar Əsədli bildirib ki, həmin şəxslərdən pulu borc olaraq alıb, dələduzluq niyyəti olmayıb.
Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmadığını, hökmün qanuni olduğunu deyib.
Proses sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 27 Avqust 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















