Icma.az
close
up
RU
London, Paris, Berlin və Kiyev arasında 5 şərt: Müharibə bitir?

London, Paris, Berlin və Kiyev arasında 5 şərt: Müharibə bitir?

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


ABŞ-nin diqqətinin İrana yönəlməsi fonunda Ukrayna-Rusiya münaqişəsində Avropanın daha da aktivləşdiyi hiss olunur.

Ötən həftə sonu Londonda Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna liderləri Rusiya ilə müharibəyə son qoymaqla bağlı "ədalətli və davamlı" razılaşma üçün beş şərt barədə razılığa gəliblər.

Bakupost.az xəbər verir ki, bu 5 şərtə aşağıdakılar daxildir:

Dərhal atəşkəsin əldə olunması. Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların tamamilə dayandırılmasına razılıq verməlidir. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalıdır və Ukraynanın ittifaq yaratmaq (o cümlədən NATO ilə) suveren hüququna tam hörmət edilməlidir.

Atəşkəsdən dərhal sonra Ukrayna üçün etibarlı hüquqi təhlükəsizlik zəmanətləri qüvvəyə minməli və burada Ukraynada beynəlxalq qüvvələrin yerləşdirilməsi əks olunmalıdır. Rusiya vəsaitləri Rusiya bütün itkiləri kompensasiya edənə qədər dondurulmuş qalacaq.

Sülh müqaviləsi Avropanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır.

Qəbul edilən bu 5 şərt elə tərtib olunub ki, ona əsasən Rusiya müharibədən əvvəlki vəziyyətə qayıtmalıdır. Bu isə o anlama gəlir ki, həmin şərtlər mövcud durumda sülhün əldə edilməsindən daha çox, Avropanın maraqlarının təmin edilməsinə yönəlib.

“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, siyasi şərhçi Arif Əliyev Bakupost.az-a bildirib ki, Avropanın bu prosesdə rolu, ancaq ikinci dərəcəli, köməkçi roldan ibarətdir:

“Ona görə də onun qoyduğu bu 5 şərt əsasında heç danışıqlar belə getməyəcək, nəinki Rusiyanın buna razı olması, yaxud olmaması”.

Ekspert qeyd edir ki, sözügedən şərtlər problemin həllinə xidmət etmir:

“Avropa düzdür, çalışır ki, prosesə təsir etsin. Onun müharibə məsələsinin həllində iştirak üçün özünün digər mexanizmləri var. Amma sözügedən 5 şərt problemi həll etmək üçün deyil, daha çox ümumi atmosferə təsir etmək üçündür”.

Müsahibimizin sözlərinə görə, Avropa ölkələri bu addımla sadəcə olaraq Rusiyaya əlavə təzyiqlər, Ukraynaya əlavə dəstək barədə düşünürlər:

“Amma bu cür bəyanat və yaxud təkliflərin Rusiya ilə danışıqların əsasını yaratmaq məsələsində heç bir ciddi rolu yoxdur”.

Rüfət Sultan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri