Icma.az
close
up
RU
Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır BMT nin Baş katibi

Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır BMT nin Baş katibi

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Qlobal iqlim vəziyyətinə dair son hesabat 2024-cü ilin 175 il əvvəl müşahidələrin başlamasından bəri ən isti il olduğunu, qlobal orta temperaturun sənayedən əvvəlki səviyyədən 1,55 dərəcə Selsi yuxarı qalxdığını təsdiq edir. Qeyd edilir ki, ilk dəfə kritik istiləşmə həddi aşılaraq 1,5 dərəcə Selsidən yuxarı olub. Bu, Paris Sazişinin uzunmüddətli hədəflərini (uzunmüddətli orta göstərici 1,5 dərəcə Selsidən aşağıdır) pozmasa da, emissiyaların azaldılmasına təcili ehtiyac olması barədə ciddi xəbərdarlıqdır.

BMT-nin saytına istinadla xəbər verilir ki, çoxsaylı iqlim göstəricilərində də yeni rekordlar qeydə alınıb. Atmosferdə karbon qazının konsentrasiyası son 800 min ildə ən yüksək həddə çatıb və okeanlar görünməmiş sürətlə istiləşməyə davam edir. Eyni zamanda, buzlaqlar və dəniz buzları sürətlə əriyir və qlobal dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da bütün dünyada sahilyanı ekosistemləri və infrastrukturu təhdid edir. Bundan əlavə, keçən il tropik siklonlar, daşqınlar, quraqlıqlar və digər təhlükələr son 16 ildə qeydə alınan ən yüksək sayda yeni yerdəyişmələrə, ərzaq böhranının pisləşməsinə və böyük iqtisadi itkilərə səbəb olub.

Bu həyəcanverici tendensiyalara baxmayaraq, BMT-nin Baş katibi Antonio Quterreş Paris Sazişinin məqsədlərinin hələ də əldə edilə biləcəyini bildirib və dünya liderlərini böhranın artmasına cavab olaraq səylərini artırmağa çağırıb. O vurğulayıb: “Planetimiz daha çox fəlakət siqnalları verir, amma bu hesabat göstərir ki, qlobal temperaturun uzunmüddətli artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq hələ də mümkündür. Liderlər bu il üçün yeni milli iqlim planları ilə öz xalqları və iqtisadiyyatları üçün ucuz, təmiz bərpaolunan enerjinin faydalarını əldə etmək istiqamətində gərəkli addım atmalıdır”.

Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Seleste Saulo hesabatın nəticələrini insan həyatı, iqtisadiyyatlar və planetin üzləşdiyi ölümcül riskin artan səviyyəsinə ünvanlanan "oyanış zəngi" adlandırıb. O əlavə edib: “ÜMT qərar qəbul edənlərə və ümumilikdə cəmiyyətə ekstremal hava və iqlimə münasibətdə daha davamlı tədbirlər görmək üçün erkən xəbərdarlıq sistemlərini və iqlim xidmətlərini gücləndirmək səylərini artırmağı tövsiyə edir. Biz irəliləyiş əldə edirik, lakin daha sürətli templərlə irəli getməliyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri