Vüsal Əliyev ikinci dəfə Avropa çempionu oldu
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kudo əlbəyaxa döyüş növü üzrə Avropa çempionatı keçirilib.
Axar.az xəbər verir ki, çempionatda Azərbaycanı təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında uğurla çıxış edərək qızıl medal qazanıb və ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Yarışın ilk mərhələsini birbaşa keçən idmançımız növbəti mərhələlərdə İngiltərə və Litva təmsilçilərini məğlub edib. Final qarşılaşmasında isə Bolqarıstanı təmsil edən erməni idmançı üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Vüsal Əliyev Azərbaycanda Kudo döyüş növü üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu kimi növbəti tarixi uğura imza atıb.
İdmançımız qazandığı qələbəni torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edib.
Qeyd edək ki, Vüsal Əliyev 2023-cü ilin may ayında Yaponiyanın paytaxtı Tokioda keçirilən Kudo üzrə Dünya çempionatında dörd döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib, qızıl medal qazanıb və dünya çempionu tituluna layiq görülüb.
Həmin ilin oktyabr ayında isə Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatında da qızıl medal əldə edərək ilk dəfə Avropa çempionu olub.
Sözügedən yarışda Azərbaycan milli komandası ümumilikdə 3 qızıl və 1 gümüş medal qazanıb.
Vüsal Əliyevin bu uğuru Azərbaycan idmanının beynəlxalq arenadakı növbəti qələbəsi olmaqla yanaşı, ölkəmizin idman nüfuzuna da mühüm töhfədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Noyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















