Icma.az
close
up
RU
Ölkəmizin sosial siyasət modelinin mərkəzində Azərbaycan vətəndaşı dayanır ŞƏRH AZƏRTAC

Ölkəmizin sosial siyasət modelinin mərkəzində Azərbaycan vətəndaşı dayanır ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycanda sosial islahatlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar mühüm nəticələr əldə etməkdədir. Dövlətin məqsədi yalnız rəqəmlərlə ifadə olunan artımlara nail olmaq deyil, eyni zamanda, vətəndaş rifahını yüksəltmək, sosial ədaləti təmin etmək və yenilikçi həllərlə idarəetmə keyfiyyətini artırmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O bildirib ki, son beş ildə həyata keçirilən dörd böyük sosial islahat paketi bu məqsədlərin həyata keçirilməsində mühüm rol oynamışdır. Minimum pensiyanın 2,5 dəfə, minimum əməkhaqqının isə 2,7 dəfə artırılması bu islahatların sadə vətəndaşların gündəlik həyatına təsirinin ən bariz nümunələridir. Həyata keçirilən hər bir addım Prezident İlham Əliyevin vətəndaşlara qayğı və diqqətinin təzahürü kimi qiymətləndirilir.

Azərbaycanın sosial siyasətində əsas yeniliklərdən biri elektron xidmətlərin geniş tətbiqidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi 160 xidmətdən 145-dən və ya 90 faizdən çoxu elektronlaşdırılıb. Əllidən çox proaktiv xidmət artıq rəqəmsal idarəetmənin ən yeni formatı kimi qəbul edilir. Bu xidmətlər arasında “E-sosial” portalı və “Əmək və Məşğulluq” altsistemi xüsusi əhəmiyyət kəsb edir. Bu sistemlər vətəndaşların sosial xidmətlərə rahat və şəffaf şəkildə çıxışını təmin edib, idarəetmədə şəffaflığı artırıb. Məsələn, 2024-cü ilin ilk on ayında nazirliyin e-sistemləri üzərindən edilən müraciətlərin sayı 566 milyona çatıb. Bu rəqəmlər dövlətin vətəndaşların ehtiyaclarına necə operativ cavab verdiyini göstərir.

QHT sədri vurğulayıb ki, 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim edilən DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyası, Azərbaycanın sosial xidmətlər sahəsindəki ən mühüm yeniliklərdən biridir. Bu mərkəzlərdə indiyədək 3,1 milyon vətəndaşa xidmət göstərilib və xidmətlərdən məmnunluq səviyyəsi 98 faizi keçib. DOST konsepsiyası yalnız milli səviyyədə deyil, həm də beynəlxalq miqyasda böyük maraqla qarşılanıb. Moldova, Rumıniya və Özbəkistan kimi ölkələr Azərbaycanın bu uğurlu modelini öyrənməkdədir.

C.Hüseynzadə diqqətə çatdırıb ki, Azərbaycanın postmüharibə dövründəki sosial siyasətində şəhid ailələrinə və müharibə veteranlarına xüsusi diqqət əsas ana xətti təşkil edir. 2023-cü ildə 1500-dən çox mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib. Bu rəqəm ümumilikdə hazırda 16 minə yaxınlaşmaqdadır. Bununla yanaşı, sosial-psixoloji dəstək və reabilitasiya xidmətlərinin təşkili dövlətin sosial ədaləti təmin etmə istiqamətindəki iradəsini nümayiş etdirir. Azərbaycanın sosial siyasəti beynəlxalq səviyyədə də böyük təqdirə layiq görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son beş ildə 100-dən çox beynəlxalq mükafata və İSO sertifikatına layiq görülüb. DOST konsepsiyası isə Azərbaycanın sosial sahədəki yeni brendi kimi tanınmış və digər ölkələrdə tətbiq edilməyə başlanıb.

Yeniliklərin və islahatların davam etdiyini söyləyən QHT sədri deyib: “Hazırda sosial xidmətin inkişafına dair dövlət proqramı icra olunmaqdadır. Bu proqram ehtiyacı olan şəxslərə daha keyfiyyətli sosial xidmətlərin göstərilməsini, bu xidmətlərin əlçatanlığının artırılmasını və institusional mexanizmlərin təkmilləşdirilməsini hədəfləyir. Proqram, “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uyğunluq təşkil edir və “heç kəsi kənarda qoymamaq” prinsipinə əsaslanır. Əhalinin müxtəlif həssas qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar vətəndaş rifahını artırmaq və sosial ədaləti təmin etmək istiqamətində uğurlu bir modeldir. Dövlətin bu sahədə apardığı işlər sadəcə sosial göstəricilərin yaxşılaşdırılması ilə məhdudlaşmır. Bu islahatlar, vətəndaş-mərkəzli yanaşmanın və davamlı inkişafın bariz təzahürüdür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri