Paris selə təslim oldu Parlamentə su sızdı + Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Parisdə güclü yağış və qasırğa həyatı iflic edib.
“Qafqazinfo” bu barədə “Le Parisien” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bir neçə metro stansiyası su altında qalıb və stansiyalar müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Güclü külək nəticəsində binalara və avtomobillərə ciddi ziyan dəyib.
Həmçinin Milli Assambleyanın (parlamentin aşağı palatası) Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı sessiyası hava şəraiti ilə əlaqədar yarımçıq qalıb. Belə ki, parlamentə su sızdığı üçün iclas dayandırılıb.
Fransa Milli Meteorologiya Xidməti kəskin hava şəraiti ilə əlaqədar İle-de-Frans bölgəsi (paytaxtın yerləşdiyi yer) üçün narıncı xəbərdarlıq elan edib.
Görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 İyun 2025 04:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















