Parisdə antidopiq müzakirələri
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə Məsləhətçi Qrupu (T-DO SCI) Parisdə bir araya gəlib. İclasa Avropadan və digər regionlardan milli antidopinq təşkilatlarının, Ümumdünya Antidopinq Agentliyinin, dövlət və elmi qurumların, laboratoriyaların, habelə digər maraqlı tərəflərin ekspert və nümayəndələri qatılıblar.
İclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktorunun müavini Rüfət Efendiyev təmsil edib.
İki gün davam edən tədbirdə antidopinq sahəsində bir sıra aktual elmi və siyasi məsələlər müzakirə olunub. Müzakirələr çərçivəsində T-DO-nun 2027-ci il üzrə Qadağan edilmiş siyahının məsləhətləşmələrinə töhfəsi, kannabinoidlərə müxtəlif yanaşmaların müzakirəsinə həsr olunmuş xüsusi dəyirmi masa, həmçinin kontaminasiya hallarının idarə olunması üzrə qabaqcıl təcrübələr nəzərdən keçirilib.
İştirakçılar, həmçinin cari ildə keçirilmiş Dopinq maddələrinin əlçatanlığı üzrə beynəlxalq konfransın nəticələrini nəzərdən keçirib, tədqiqat fəaliyyətlərinin və antidopinq məlumat alətlərinin əlaqələndirilməsi, laboratoriya standartları, eləcə də qeyri-ixtiyari dopinq hallarının qarşısının alınmasına yönəlmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:105
Bu xəbər 02 Oktyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















