Parisdə Üzeyir Hacıbəylinin 140 illiynə həsr edilmiş musiqi axşamı keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Paris, 18 dekabr, AZƏRTAC
Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqi axşamı Üzeyir Hacıbəylinin musiqi irsinin əsas incilərindən olan “Aşıqsayağı” əsəri ilə açılıb. Azərbaycan musiqi ənənəsində dərin köklərə malik bu simvolik əsər milli musiqi irsi ilə XX əsr müasirliyi arasında bədii dialoq ovqatı bəxş edib.
Həmçinin, Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayevin əsərləri də səsləndirilib. Bu seçim Avropa və Azərbaycan musiqi estetikasının zəngin bədii mübadiləsini əks etdirib. Əsərlər Səidə Zülfüqarova (piano), Giyom Martinye (violonçel) və Florian Maviel (skripka) tərəfindən yüksək peşəkarlıqla ifa olunub. İfaların keyfiyyəti, tembrlərin harmoniyası və dərin ifadəliliyi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, XX əsr musiqi repertuarının zənginliyini və müasirliyini də ön plana çıxarıb. Musiqi axşamı sənətin xalqlar arasında yaxınlaşmanı təşviq edən güclü vasitə olduğunu bir daha nümayiş etdirib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun sülh sənətçisi Hedva Ser, eləcə də Monqolustanın Fransadakı səfirinin nümayəndəsi də musiqi axşamına qatılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 18 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















