Icma.az
close
up
RU
Parkinson: 60 yaşdan sonra...

Parkinson: 60 yaşdan sonra...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parkinson xəstəliyi beyin xəstəliyidir, daha dəqiq ifadə etsək, parkinson xəstəliyi əllərdə titrəmə ilə başlayan, tarazlığın itirilməsinə, həmçinin əzələ sərtliyinə səbəb olan və dopamin səviyyəsinin aşağı düşməsinə səbəb olan beyin sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan, yavaş-yavaş irəliləyən nevroloji xəstəlikdir.

Parkinson xəstəliyi daha çox 60 yaşdan yuxarı insanlarda müşahidə olunur, bu xəstəlik “degenerativ beyin xəstəlikləri” adlanan xəstəlik qrupuna daxildir. Beyin hüceyrələri arasında əlaqəni təmin edən maddələrdən biri də dopamindir. Dopaminlə işləyən beyinin hərəkəti təmin edən bölgəsi, hərəkətlərimizin məqsədəuyğun şəkildə həyata keçirilməsini təmin edən, tənzimlənməsini təmin edən bölgədir. Parkinson xəstəliyi dopamin hüceyrələrinin 60-80 faizinin itirilməsi nəticəsində baş verir.

Parkinson xəstəliyinin ilk əlamətləri hərəkətin ləngiməsi, hərəkətsiz halda olanda titrəmə, əzələlərdə sərtlik, dayanmanı və tarazlığı qoruyan reflekslərin getdikcə pisləşməsidir. Parkinson xəstələrində kiçik addımlar, qeyri-sabit yeriş, bədənin önə əyilməsi, oynaqlarda ağrılar, depressiya, yuxu pozğunluğu kimi əlamətlər də müşahidə edilir. Zamanla qolların titrəməsi, addımların qısalması, yeriməkdə çətinlik, düymə bağlamaqda və açmaqda çətinlik, yataqda çevrilə bilməmək, oturanda qalxmağa çətinlik çəkmək, ifadəsiz sima, danışığın sakit səs tonuna keçməsi, əl yazısını itirmək, donqarlaşma və irəliyə meylli duruş da ola bilər. Bunlardan əlavə qəbizlik, aşağı qan təzyiqi, depressiya, narahat ayaq sindromu və qoxu hissini itirmə kimi əlamətlər də bu xəstəliyin xəbərçisidir.

Parkinson xəstəliyinin simptomları mərhələlərinə görə bölünür. 1-ci mərhələdə simptomlar yüngül və birtərəfli olur. İnsanın özü yüngül titrəmələr, mimika dəyişiklikləri, yeriş pozğunluqları hiss etməsə belə, ətrafdakılar tərəfindən fərq edilə bilər. 2-ci mərhələdə gəzinti və dayanma hərəkətlərində aydın görünən bir fərq olur.3-cü mərhələdə insanın bədəni nəzərəçarpacaq dərəcədə yavaş və ya daha az sabit olur. Zamanla yıxılmalar baş verə bilər. Bundan əlavə, funksional pozğunluqlar baş verir.4-cü mərhələdə bütün simptomlar ciddi şəkildə görünür. Xəstə çətinliklə yeriməyə başlayır, hərəkətlərin ləngliyi davam edir. Bu mərhələdə insanın başqalarından dəstək alması vacibdir. Digər mərhələlərlə müqayisədə titrəmələrdə azalma ola bilər, amam bu xəstəliyin irəliləməməsi demək deyil. 5-ci mərhələdə artıq əlil arabasından asılılıq yaranır, insanın xüsusi qayğıya ehtiyacı olur.

Parkinson xəstəliyinin diaqnozu xəstənin klinik tarixi və nevroloji müayinəsi əsasında qoyulur. Qanın biokimyəvi analizi və MRT də diaqnostik dəyərlərə malikdir. Hal-hazırda tibb elmi Parkinson xəstəliyini “Dat-Scan” üsulu ilə erkən mərhələdə belə müəyyən edə bilir. Son illərdə inkişaf etdirilən bu texnika erkən diaqnozu xeyli asanlaşdırıb. “Dat-Scan” dopamini radioaktiv maddə ilə etiketləyərək beyində aktiv qalan dopamin hüceyrələrini göstərən görüntüləmə üsuludur. Parkinson xəstəliyinin normal qocalma nəticəsində yaranan ləng hərəkətdən, yoxsa başqa xəstəliklərdən qaynaqlandığını yeni müayinə üsulu “Dat- Scan” sayəsində daha asan təyin etmək olur. Bu metod Parkinson xəstəliyinin gedişatı, yəni yavaş və ya sürətlə irəliləməsi ilə bağlı proqnozlar verə bilir.

Parkinson xəstəliyinin əsas müalicə üsulu dərmanlardır. Dərman müalicəsinə effektiv cavab verməyən xəstələrə cərrahi müalicə tətbiq oluna bilər. Dərman müalicəsi beyində azalmış dopamini artırmaq məqsədi daşıyır. Parkinson dərmanlarının uzunmüddətli və ya yüksək dozada istifadəsi xəstələrdə əks təsir də göstərə bilir. Əgər xəstənin yaşı 65-dən aşağıdırsa və unutqanlıq yoxdursa, müalicədə dopaminin təsirlərini təqlid edən dopamin aqonistləri də istifadə edilə bilər. Lakin dərman qəbulundan sonra titrəmə, unutqanlıq, depressiya və yuxu pozğunluqları müşahidə edilərsə, başqa müalicə üzullarından istifadə edilir.

Statistik məlumatlar göstərir ki, parkinson xəstələrinin üçdə biri uzun illərdir dərman terapiyasına yaxşı cavab verir və həyatlarında əhəmiyyətli məhdudiyyətlər olmadan yaşaya bilir. Dərman müalicəsindən fayda görməyən xəstələrdə cərrahiyyə istifadə edilə bilər. Xüsusilə son 15-20 il ərzində dərman terapiyasına cavab verməyən xəstələrdə cərrahi üsullar tövsiyə olunur. Məqsəd sinədə, dərinin altına yerləşdirilmiş bir neçə santimetr uzunluğunda olan generator vasitəsilə beyində azalan dopomini artırmaqdır. Təcrübənin tibbi adı "dərin beyin stimullaşdırılması"dır.

Parkinson xəstəliyinin əlamətləri bəzi hallarda 40, əsasən isə 60-70 yaş arasında başlayır və daha gənc yaşlarda çox nadir hallarda müşahidə olunur. Gənc yaşda rastlananda isə bunun yeganə səbəbi genetik olmasıdır. Ailəsində parkinson xəstəliyi olan insanların ümumi əhali ilə müqayisədə bu xəstəliyə tutulma riski daha yüksəkdir. Kişilərdə riskin qadınlara nisbətən daha çox olduğu məlumdur.

Beynimizdə dopaminin azalması bir çox simptomla özünü büruzə verir. Ürək ritminin pozulması, ürək döyüntüsü, mədə-bağırsaq problemləri, depressiya, həddindən artıq yuxu və diqqətsizlik də bu əlamətlər arasındadır. Xəstələr daha çox titrəmə ilə bağlı narahatlıq yaşayırlar. Eləcə də əllərində titrəmə hiss edən hər kəs parkinson olduğunu düşünür. Lakin unutmaq lazım deyil ki, hər əl titrəməsi parkinson xəstəliyinin əlaməti deyil. Parkinson xəstəliyinə xas titrəmə adətən baş və şəhadət barmaqlarının bir-birinə sürtünərək titrəməsi kimi olur. Buna el arasında “pul sayma işarəsi” də deyirlər. İlkin mərhələ parkinsonda unutqanlıq olmur, mərhələlər irəlilədikcə yaddaş da korşalır. Unutmaq lazım deyil ki, parkinson xəstəliyi mütərəqqi bir xəstəlikdir, sabit dayanmır və hər mərhələnin özünə xas əlamətləri olur.

Bu xəstəlikdən əziyyət çəkən insanlar tərəvəz və meyvələrlə zəngin qidalar yeməli, yalnız zeytun yağı istehlak etməlidir. Bu xəstəlikdə pendir, süd və qatıq istehlakı vacibdir. E vitamini parkinsonun inkişafını ləngidir. Antioksidantlarla zəngin bir pəhriz bütün hallarda faydalıdır. Bundan əlavə, B12 vitamini beyin funksiyaları üçün vacibdir, həmçinin B6 vitamini də parkinson üçün vacib vitamindir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri