Icma.az
close
up
RU
Parkovşik likdən milyard dollarlıq biznesə İki dostun uğur hekayəsi

Parkovşik likdən milyard dollarlıq biznesə İki dostun uğur hekayəsi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Kiçik bir biznes ideyası ilə yola çıxan iki dost qısa müddət ərzində viral videolar sayəsində milyard dollarlıq şirkət olublar.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, "Cirkul" adlı aromalı su şirkətinin həmtəsisçilərindən biri olan Qarret Vaqqoner keçmişdə parklanma işçisi (parkovşik) kimi işlədiyi və biznesi ayaqda saxlamaq üçün müxtəlif işlərdə çalışdığını açıqlayıb.

Futboldan biznesə: "Cirkul" necə yarandı?

"Cirkul"un qurucuları - Qarret Vaqqoner və Endi Qey kollecdə futbol oynayan iki dost olub. Onlar suyun dadını fərdiləşdirə bilən innovativ bir məhsul hazırlamaq ideyası ilə çıxış ediblər. 

Florida mərkəzli bu şirkət 2022-ci ildə keçirilən maliyyə raundunda 1 milyard dollarlıq qiymətləndirmə əldə edib. Şirkət bu il "Super Bowl"da məşhur aktyor və komediyaçı Adam Devinin iştirak etdiyi 30 saniyəlik reklam yayımlaylıb.

"Cirkul" nə edir?

"Cirkul" suya xüsusi ləzzət qatan ətirli kapsullar istehsal edir. Bu kapsullar sayəsində suyu kalorisiz və şəkərsiz elektrolit içkilərə, enerji içkilərinə və çaya çevirmək mümkündür. 

Şirkətin baş direktoru, 34 yaşlı Vaqqoner "Cirkul"u "Gatorade" kimi elektrolit içkilərlə "Crystal Light" kimi içki qarışıqları arasında bir hibrid kimi təsvir edir. Onun sözlərinə görə, bu məhsul idmançılar və uşaqlar üçün ideal seçimdir.

Vaqqoner biznesin ilk günlərində Kanadada peşəkar futbol oynayır və mövsüm aralarında "parkovşik"lik edərək dolanıb.

İdeya yeni deyil, amma uğur fərqlidir

"Cirkul"un ideyası tamamilə yenilikçi deyil. 2004-cü ildən bəri fəaliyyət göstərən "Nuun" suda həll olunan az şəkərli elektrolit tabletləri istehsal edir. 2012-ci ildə "Liquid IV" adlı başqa bir marka dar elektrolit toz paketləri ilə bazara daxil olmuşdu.

Buna baxmayaraq, Qey və Vaqqoner 2013-cü ildə Dartmut Kollecində keçirilən startap müsabiqəsinə qatılaraq ikinci yerə çıxıb və "Xalqın Seçimi" mükafatını qazanaraq 16 min dollar maliyyə əldə ediblər. Məzun olduqdan sonra məhsullarını dizayn etmək, investorlar tapmaq və istehsal prosesini öyrənmək üçün çalışmalarını davam etdiriblər.

Bahalı səhvlər və böyük qazanclar

İlk dizaynın uğursuz olması onlara 5 min dollara başa gəlib. Vaqqoner bu təcrübəni "O dövrdə bizim üçün olduqca bahalı bir dərs idi" sözləri ilə izah edir.

Şirkət 2017-2020-ci illər arasında iki maliyyə raundunda 7,5 milyon dollar investisiya cəlb edib və ilk məhsullarını 2018-ci ildə bazara çıxarıb.

"TikTok" sayəsində sürətli yüksəliş

Şirkətin əsas sıçrayışı "TikTok" sayəsində baş verib. Vaqqonerin sözlərinə görə, istifadəçilər "Cirkul" məhsullarını sınaqdan keçirib videolar paylaşmağa başlayıblar və bu da markanın sürətlə populyarlaşmasına səbəb olub.

2022-ci ildə "Walmart" mağazalarında satışa çıxarılan "Cirkul" məhsulları gözlənildiyindən daha sürətli satılıb. Hər mağaza üçün nəzərdə tutulan 7-8 həftəlik stok cəmi bir həftəyə tükənib.

Bu gün şirkətin Tampa və Solt Leyk Siti şəhərlərində 1000-dən çox işçisi və anbarı var. "PitchBookun" məlumatına görə, "Cirkul" indiyə qədər 100 milyon dollardan çox investisiya cəlb edib.

İki dostun kiçik bir ideyadan yola çıxaraq milyard dollarlıq şirkət yaratması, innovativ düşüncə və sosial medianın gücünün biznes dünyasında nə qədər təsirli ola biləcəyini göstərir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri